Kriminal

Ağcabədidə iki nəfər kişini soyunduraraq işgəncə verdilər və videosunu çəkib yaydılar

11 Oktyabr 2024 09:30
Baxış: 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağcabədidə kişiyə qarşı zorakılıq hadisəsi baş verib.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Belə ki, kadrlarda iki nəfərin birləşərək bir şəxsə işgəncə verdiyi açıq şəkildə görülür. Onlar həmin şəxsi soyunduraraq şərəf və ləyaqətini alçaldıb və həmin anları lentlə alıblar.

Məlumata əsasən, hadisə qısqanclıq zəminində baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.