Kriminal

Bakıda ata ilə qızı arasında dava qanla bitdi

4 İyul 2024 20:38
Baxış: 1 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı qız atasını bıçaqlayıb.

Milli.Az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, Maştağa qəsəbəsində 1987-ci il təvəllüdlü Elman Oqtay oğlu Xəlilovun qızı Anastasiya Xəlilova tərəfindən bıçaqlandığı üzə çıxıb.

Anastasiya Xəlilovanın barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Anastasiya Xəlilovanın barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Səbinə Məmmədzadənin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 16-na təyin olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.