Kriminal

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

2 May 2024 18:22
Baxış: 1 079
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 14 yaşlı qızı Xəyaləni inandırıb ki, arvadından boşanaraq onunla evlənəcək. Hadisə günü o, yeniyetmə qızı məktəbdən götürərək tanışına məxsus "VAZ 2106" markalı avtomobillə Bərdəyə qaçırıb.

Bir qədər sonra qızın ailə üzvləri onun dərsdən gəlmədiyini görərək narahatlıq keçiriblər və müəllimi ilə əlaqə saxlayıblar. Məktəbdən isə Xəyalənin dərsdən çıxıb evə getdiyi bildirilib. Bundan sonra axtarışlar başlayıb və qızın atasının dostu tərəfindən qaçırıldığı məlum olub. 

Ailənin şikayəti əsasında Qadir Həsənov barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşı tamam olmamış şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş başlanılıb.

Cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib. Məhkəmənin hökmü ilə Q.Həsənova 2 il 6 ay həbs cəzası verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.