Kriminal

Zaqatalada müştəri çayxana sahibinə 13 bıçaq zərbəsi vurdu

28 Aprel 2024 10:17
Baxış: 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatalada çayxana sahibi bıçaqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qandax kəndində baş verib.

Belə ki, kənddə çayxana işlədən 1991-ci il təvəllüdlü Nurlan Zəkər oğlu Muradovla çayxanaya müştəri kimi gələn həmkəndlisi Tural adlı şəxs arasında mübahisə yaranıb. Nəticədə Tural ona bıçaqla bədəninin müxtəlif yerlərindən xəsarət yetirib.

Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. N. Muradovun bədənində 10 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkar edilib və üzərində cərrahiyyə əməliyyatı aparılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.