Kriminal

Ər arvadını bıçaqladı

24 Fevral 2023 22:41
Baxış: 1 226
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bərdədə ər arvadını bıçaqlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, hadisə axşam saatlarında Bərdədə məcburi köçkünlərin məskunlaşdığı 866 saylı qəsəbədə baş verib.

Məhəmməd adlı şəxs bir müddət əvvəl ondan ayrılaraq ata evinə gələn həyat yoldaşı Arzu adlı xanıma axşam saatlarında binanın blokunda bir neçə bıçaq zərbəsi endirib. Arzunun qışqırığına çıxan qonşuların müdaxiləsindən sonra Məhəmməd əlindəki bıçaqla binanı tərk edərək hadisə yerindən uzaqlaşıb.

Yaralı qonşuların köməkliyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.