Kriminal

Bakıda 3 nəfəri bıçaqlayan 17 yaşlı yeniyetmə saxlanıldı - YENİLƏNİB

19 Dekabr 2022 10:01
Baxış: 2 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:01

Bakıda 3 nəfəri bıçaqlamaqda təqsirli bilinən şəxs saxlanılıb.

Baş Prokurorluqdan Milli.Az-a verilən məlumata görə, paytaxtın Xətai rayonu ərazisində bir nəfəri öldürməkdə, 2 nəfərə isə xəsarət yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Dekabrın 18-i saat 23 radələrində paytaxtın Xətai rayonu ərazisində 2004-cü il təvəllüdlü Nemət Həsənovun öldürülməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaqla 2005-ci il təvəllüdlü Fərid Əhmədlinin rayonun NZS qəsəbəsi ərazisində aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həmyaşıdı Orxan Hüseynova bıçaqla xəsarət yetirməsinə, onu dayandırmağa çalışan Xalid Nəbiyev və Nemət Həsənova xəsarətlər yetirməsinə əsaslı şübhəli müəyyən edilib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq, Nemət Həsənov yerləşdirildiyi xəstəxanada ölüb.

Fərid Əhmədli şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq davam edir.

---------

08:24

Bakıda üç nəfər bıçaqlanması ilə bağlı cinayət işi açılıb.

Milli.Az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, dekabrın 18-də, saat 23 radələrində paytaxtın Xətai rayonu ərazisində 2000-ci il təvəllüdlü Nemət Hacıyevin öldürülməsi, hadisə yerində olan daha 2 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hazırda iş üzrə istintaq davam edir.

--------

07:35

Bakının Xətai rayonunda qətl hadisəsi qeydə alınıb.

DİN mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, dekabrın 19-da saat 1 radələrində Xətai rayonu ərazisində 3 nəfərin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Onlardan biri 2004-cü il təvəllüdlü Nemət Həsənov ölüb.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.