“Gəldim ki, balta anamın başındadır”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, yanvarın 13-ü saat 19 radələrində Xaçmaz rayonu Əzizli kənd sakini 1956-cı il təvəllüdlü Səmən Sultanovaya yaşadığı evdə oğlu 1979-cu il təvəllüdlü Ramiz Sultanov tərəfindən xəsarətlər yetirilib və aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə mərhumun digər oğlu Nəriman Sultanov danışıb.
Bildirib ki, qardaşı psixi xəstədir. O qeyd edib ki, Ramiz bundan əvvəl də anasına bir neçə dəfə hücum edib.
"Mən evdə yox idim, mənə zəng edib dedilər ki, qardaşın qardaşını vurub. Demədilər ki, anamızı vurub. Gəldim gördüm ki, balta anamın başındadır. Balta ilə vurub, balta da anamın başında qalmışdı. İstədim baltanı anamın başından çıxarım, çıxara bilmədim. Təcili yardım gəldi, onlar baltanı çıxardılar, apardıq xəstəxanaya.
Xəstəxanada vəfat etdi. Qardaşım Ramiz psixi xəstədir, onu xəstəxanaya aparmışdılar, 2-3 il saxlayıb sonra yenə buraxdılar. Bundan əvvəl də bir dəfə anamı vurmuşdu, xəsarət yetirmişdi", - o bildirib.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda Ramiz Sultanovun yerinin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi, həmçinin, cinayətin təfərrüatının müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yaşıl çay sevənlərə ŞAD XƏBƏR
-
Atmağa qıymadığımız əşyaların hekayəsi: Niyə imtina edə bilmirik?
-
Etibarnamə ilə alınan avtomobillərlə bağlı xəbərdarlıq
-
Son halını 80 yaşlı qadına bənzətdilər
-
Bəzi ərazilərdə işıq olmayacaq
-
Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
-
Zelenski Putinə açıq məktub ünvanladı
-
“Liverpul” yeni baş məşqçisini açıqladı
-
Günün qoroskopu: Olduqca şanslı və bərəkətli bir gündür
-
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
-
İshaq Fəyyaz öldü - 3 günlük matəm elan edildi
-
Hicran Hüseynova vəfat etdi
-
Bədənə daxil olub orqanizmi içəridən məhv edir
-
Aygün Bəylərin bacısı - "Ailəmlə küsülüyəm"
-
DÇ-2026-nın ilk oyunu təxirə salına bilər
-
Mask planetin ilk trilyonçusu olacaq
-
Ayxan Abbasov: “Nəticəni ikinci planda düşünmək olar”
-
“Bitkoin” ucuzlaşdı
-
Dünyanın ən bahalı qapıçısı müəyyənləşdi
-
Putin: Rusiya Ukrayna ilə bağlı güzəştə getməyə hazırdır
-
"Bunun üçün 100 min xərcləyirik"
-
Sabah bəzi ərazilərdə qaz kəsiləcək
-
"Düşmənə qarşı tək" adlı qısametrajlı film təqdim edildi - FOTO
-
Biləsuvarda ağır qəza - yaralılar var - FOTO





