Azərbaycanda yeni telekanal açılır? - Müsabiqənin nəticələri bilindi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclasında təhsil və elmi-maarifləndirici ümumrespublika televiziya kanalının açılması üçün elan edilmiş müsabiqəyə yekun vurulub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Milli Televiziya və Radio Şurasının 2021-ci il iyunun 7-dən iyulun 7-dək ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması ilə bağlı (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV yayım kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) elan etdiyi müsabiqə üçün 6 iddiaçı sənədlərini təqdim edib.
Həmin sənədləri araşdırmaq, həmçinin, iddiaçıların məkanında baxış keçirərək sənədlər üzrə tədqim olumuş məlumatların həqiqətə uyğunluğunu yoxlamaq, habelə ümumölkə televiziya kanalının açılması üçün zəruri iqtisadi, texniki, yaradıcı və kadr potensialının mövcudluğunu öyrənmək məqsədilə Şura tərəfindən müsabiqə komissiyası təşkil olunub. Müsabiqə komissiyası həm sənədlərlə tanışlığın, həm də yerində baxışın nəticəsi ilə bağlı Şuraya hər bir iddiaçı barədə arayış təqdim edib.
Milli Televiziya və Radio Şurasının iclasında təqdim olunmuş arayışlar əsasında geniş müzakirələr aparılıb. Müəyyən edilib ki, bəzi iddiaçıların təqdim etdiyi sənədlərdə göstərilmiş texniki və yaradıcılıq imkanları, o cümlədən, kadr potensialı barədə məlumatlar yerində baxış zamanı öz təsdiqini tapmır, bəzi iddiaçılarda yayım üzrə təqdim olunmuş proqram konsepsiyası müsabiqə şərtlərinə (ixtisaslaşma sahəsinə) uyğun gəlmir, bəzi iddiaçılarda isə ümumölkə televziya yayımının təşkil olunması üçün texniki-iqtisadi göstəricilər qənaətbəxş deyildir. Bununla da, Şura, heç bir iddiaçıda təhsil, elm və maarifləndirmə janrlı ümumölkə televiziya kanalının fəaliyyəti üçün müvafiq potensialın olmadığı qənaətinə gəlib.
Milli Televiziya və Radio Şurası qeyd olunanları nəzərə alaraq, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ nömrəli Qanununun 18.4.1-ci maddəsini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.6-cı bəndini rəhbər tutaraq müsabiqənin yekunlarına görə qalib seçilmədiyi üçün iddiaçılara xüsusi razılıq (lisenziya) verilməsindən imtina olunması barədə qərar qəbul edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Şirniyyat istəyini azaltmağın təbii yolları açıqlandı
-
Pomidor yetişdirəndə suya bir damcı yod əlavə edin - SƏBƏB
-
Pəncərənizin önünə qoyun, ağcaqanadlar yaxın gəlməsin
-
Həmin qidaların müntəzəm istifadəsi xərçəng riskini artırır - XƏBƏRDARLIQ
-
Temperaturun kəskin dəyişməsi orqanizmə necə təsir edir?
-
Şokolad xarab olur? Üstü ağaranda kristallaşır?
-
Azərbaycan millisi finalda - Avropa çempionatı
-
Çılpaq bədənini DÇ-yə gedən ulduzların şəkilləri ilə örtdü - FOTO
-
İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
-
Narkotik istifadə edirlərmiş
-
Günün qoroskopu: Maddi tərəfdən müsbət irəliləyişlər nəhayət ki, baş verə bilər
-
Elvin millinin məşqində qolları sıralayır - VİDEO
-
Dilan Polada hücum edildi, mühafizəçisi öldürüldü – VİDEO
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Müğənnilərin fantastik toy qiymətləri – SİYAHI
-
Tovuzda ağır qəza - ölən və yaralananlar var - YENİLƏNİB
-
Varşavada Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı olub - FOTO
-
"O qədər təkliflər gəlir ki, deyirlər, iki nöqtə edək"
-
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
-
Yaşı 50-dən yuxarı olanların diqqətinə
-
Aparılan tikinti uşaq bağçası üçün təhlükə törədir? - VİDEO
-
Səidə uşaqlarının gözü önündə qətlə yetirilibmiş - YENİLƏNİB
-
San-Marino mətbuatı Azərbaycandan birbaşa qaz tədarükünün əhəmiyyətini vurğulayıb
-
TRIPP layihəsi Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq - Marko Rubio





