Ölkə

Məhkəmə Eldəniz Səlimovla bağlı qərar verdi - YENİLƏNİB

3 Avqust 2021 19:01
0 Şərh     Baxış: 4 873
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

19:01

Bu gün Milli Məclisin qərarı ilə deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov məhkəməyə gətirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində Milli Məclisin deputatı Eldəniz Səlimov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Prosesdə qərar qəbul edilib.

Qərara əsasən E.Səlimov barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.

-------
18:23

Bu gün toxunulmazlığına xitam verilərək saxlanılan deputat Eldəniz Səlimov Binəqədi rayon məhkəməsinə gətirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iclas jurnalistlərə qapalı şəkildə keçirilir.

Xatırladaq ki, bir neçə saat əvvəl toxunulmazlıq hüququndan məhrum edilən millət vəkili törətdiyi əmələ görə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb. 

İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor" restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb. Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.