Ölkə

Toylara tam miqyasda icazə verilərsə, 200 minə yaxın toy olacaq - VİDEO

24 May 2021 16:14
Baxış: 1 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda tam miqyaslı toylara icazə verilsə və ertələnən nikahları da nəzərə alsaq, bir il ərzində bizi 200 minə yaxın yeni toy məclisi gözləyir.

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında marketoloq  Firdovsi Xəlilov deyib. O bildirib ki, pandemiyadan sonra xaricdən toy mərasimlərinin cəlb edilməsinə diqqət ayrılmalıdır:

"Toy mərasimlərinin hər birindən 20-25 min manat çivarında pul toplanır. Bundan isə gənc ailələr 4-5 min manat qazanır. Bu vəsaitlər real sektorda dövr etdiyi müddətdə yeni iş yerləri yaranır. Təklif edirəm ki, pandemiya bitdikdən sonra xaricdən Azərbaycana illik 15-20 min çivarında toy cəlb etməyi hədəf qoyaq. Məsələn, İran İslam Respublikasında əyləncə məhduddur, iranlılar isə əyləncəni sevir. Əgər təyyarə biletləri münasib olsa və il ərzində 10-15 min toy cəlb edilsə, həm əlavə vəsait, həm də bir çox insanı işlə təmin etmiş olarıq. Lakin yenə də bütün iqtisadiyyatı toyların ümidinə buraxmaq olmaz".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.