Ölkə

Balakəndə itkin düşən azyaşlı tapıldı

3 Mart 2021 19:39
Baxış: 740
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"102" Zəng Mərkəzi Xidmətinə və Balakən Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini bir qadın 6 yaşlı övladının yaşadığı ünvandan təsadüfən çıxması və axtarışlarının nəticəsiz qaldığını bildirərək tapılması üçün köməklik göstərilməsini xahiş edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Polis Şöbəsinin Post Patrul Xidməti və Dövlət Yol Polisi bölməsinin əməkdaşları dərhal azyaşlının tapılması istiqamətində axtarış tədbirlərinə başlayıblar. Qısa zaman ərzində azyaşlı U.H şəhər ərazisində tapılaraq yaşadığı evində ailəsinə təhvil verilib.

Uşağın valideynləri övladlarının tapılaraq heç bir zərər görmədən onlara təhvil verilməsinə görə DİN rəhbərliyinə və Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.