Gənclər təşkilatları hüquq mühafizə orqanlarına müraciət etdilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gənclər təşkilatları son günlər sosial şəbəkələrdə təxribat xarakterli materialların paylaşılmasından narahatlıq keçirərək hüquq mühafizə orqanlarına müraciət ünvanlamışlar.
Məlum olduğu kimi, iyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistanın hərbi təxribatı nəticəsində başlayan şiddətli döyüşlər davam edir. Ordumuz düşmənin xain hücumunun qarşısını alaraq onların xeyli sayda hərbi texnikasını, istehkamlarını, müdafiə qurğularını, canlı qüvvəsini məhv etmişdir. Düşmən gizlətməyə çalışsa da, çoxlu sayda itki verərək geri çəkilməyə məcbur olmuşdur.
Gənclər təşkilatları bu günlərdə müxtəlif şəxslər tərəfindən internet resurslarında təxribat xarakterli foto və videomaterialların, səs yazılarının, habelə insanlar arasında çaşqınlıq yaradan çağırışlar edildiyinin şahidi olmuş, bunları dövlətimizə və millətimizə ən böyük xəyanət kimi qiymətləndirmişlər.
Onlar erməni maraqlarına xidmət edən Rəşad Məmmədov adlı şəxsin və digərlərinin sosial şəbəkələrdə paylaşdığı təxribatçı, yalan videodan, səs yazısından, foto və video görüntülərdən daha da qəzəblənərək, insanları təşvişə salan məlumatlar yayan bu şəxsin ən ağır formada cəzalandırılmasını tələb etmişlər.
Gənclər təşkilatları Rəşad Məmmədov və onun kimi təxribat xarakterli materiallar yayanların əsl niyyətlərinin ifşa olunmasını, onların əməlinin dövlətə xəyanət kimi qiymətləndirilməsini və layiqli cəza almalarını tələb etmişlər.
Hüquq mühafizə orqanlarına ünvanlanan müraciəti aşağıdakı gənclər təşkilatları imzalamışlar:
"Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyi
"Virtual Qarabağ" İKT Gənclər İctimai Birliyi
Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı
Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı
"Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi" İctimai Birliyi
"Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi
Gənc Sahibkarlar Klubu ictimai Birliyi
Gənc Vətənpərvərlər Birliyi
Gənc Mühasiblər İctimai Birliyi
"İslahatçı Gənclər" İctimai Birliyi
Resurs Gənclərin İnkişafı İctimai Birliyi
Azərbaycan Tələbələr Birliyi
Gənclərin Həmrəyliyi İctimai Birliyi
"Azəri Yurdu" Gənclər İctimai Birliyi
Gənclərin İnkişafına Dəstək İctimai Birliyi
Gənclərin Sosial və İqtisadi İnkişafına Yardım İctimai Birliyi
Türkiyə Universitetləri Məzunları İctimai Birliyi
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasi İctimai Birliyi
"Gənclərin İntellektual İnkişafına Yardım" İctimai Birliyi
"Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyi
Yurd - Gənclərin İntellektual İnkişafına Dəstək
"İşıqlı Gələcək" Gənclər İctimai Birliyi
"İdeal Gələcək" Gənclər İctimai Birliyi
Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti
İstedadlı və Yaradıcı Gənclərə Dəstək İctimai Birliyi
Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi
Elitar Gənc Biznesmenlər Mərkəzi
Azərbaycan Maarifçi Gənclər Təşkilatı
"Nurlu Sabah" Gənclərə Qayğı İctimai Birliyi
"Gələcək və İnkişaf" Gənclər İctimai Birliyi
"Uğurlu gələcək" Gənclər İctimai Birliyi
"Saf Həyat Naminə" Gənclər İctimai Birliyi
Gənclər Şəbəkəsi Təşəbbüsü İctimai Birliyi
Azərbaycan Latın Amerika Gənclərinin Dostluğu İctimai Birliyi
İnnovasiyaya Doğru Gənclərə Dəstək İctimai Birliyi
Azərbaycan Gənc Marketoloq - Reklamçılar İctimai Birliyi
Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü İctimai Birliyi
Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı İctimai Birliyi
Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası
"Elm Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək" İctimai Birliyi
Gənclərin Elmi Araşdırmalar Mərkəzi ictimai birliyi
İnnovativ Gənclər İctimai Birliyi
"Sağlam Gəncliyə Doğru" İctimai Birliyi
Gənc Politoloqlar Mərkəzi İctimai Birliyi
Gənc Nəslin Maarifləndirilməsi İctimai Birliyi
Gənclərin Dostluq Şəbəkəsi İctimai Birliyi
Gənclərin Mədəni İnkişafına Dəstək İctimai Birliyi
Etimad-Uşaq və Gənclərə Psixoloji Dayaq İctimai
Biləsuvar Yeniyətmə və Gəncləri İctimai Birliyi
Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyi
"Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək" Gənclərin İctimai Birliyi
"Bizim Gənclik" İctimai Birliyi
"Kəndlərin İnkişafı" Uşaq və Gənclər İctimai Birliyi
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
XƏBƏR LENTİ
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək





