Ölkə

Fuad Nağıyev: Azərbaycanda turizm dəstəyə ehtiyacı olan sahə kimi qiymətləndirilir

24 İyun 2020 12:14
Baxış: 868
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Turizm iqtisadiyyatın əsas sahələrindən biri kimi post-pandemiya dövrü üçün Azərbaycanda daha çox dəstəyə ehtiyacı olan sahə kimi qiymətləndirilir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Turizm Nazirlərinin 5-ci iclasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

F.Nağıyev Azərbaycanda ilk gündən pandemiya ilə mübarizə çərçivəsində iqtisadi stabilliyin saxlanılması və iqtisadiyyata dəyən zərərin minimuma endirilməsi üçün addımların atıldığını söyləyib.

F.Nağıyev, həmçinin turizm sahəsində sahibkarlara verilən dəstək proqramları, Azərbcaycanda ilk növbədə daxili turizmin bərpa olunması, ümumilikdə turizmin mərhələli şəkildə bərpa edilməsinin planlaşdırılması, Dövlət Turizm Agentliyi tərəfindən 2020-2023-cü illəri əhatə edəcək ortamüddətli inkişaf strategiyasının hazırlanması haqqında məlumat verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory