Ölkə

Abşeron Dairəvi dəmir yolu fəaliyyətini müvəqqəti dayandırır

5 İyun 2020 12:42
0 Şərh     Baxış: 903
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarlar müvəqqəti fəaliyyəti dayandırır.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər. Qeyd olunub ki, növbəti həftədən qatarların hərəkəti yenidən bərpa olunacaq:

"Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları, iki gün müddətinə, 6 və 7 iyun (şənbə və bazar) günləri hərəkətdə olmayacaq. 8 iyun tarixindən etibarən cari cədvəl üzrə hərəkət bərpa olunacaq".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.