Ölkə

Azərbaycan daxili istehsal hesabına tibbi maska tələbatını tam təmin edəcək

7 Aprel 2020 12:30
Baxış: 922

Azərbaycana bu günə qədər tibbi maskalar idxal olunurdu. Yeni açılan müəssisənin fəaliyəti ilə idxaldan asılılığımız bitəcək və biz özümüzü tibbi maska təmin edəcəyik.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinə press-tur zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, iki həftə ərzində sahibkar tərəfindən müəssisə üçün lazımi avadanlıq və xammal alınıb:

"Burada insanların qorunması və gigiyenik vəziyyətin lazımi səviyyədə saxlanılması üçün tibbi spirtlər və dezinfeksiya vasitələri də istehsal olunur".

N.Səfərov qeyd edib ki, "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin investisiya xərcləri 3,9 milyon manat təşkil edir:

"Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular da yerli istehsaldır. Onlar Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə hazırlanır. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. İstehsal prosesi üçnövbəlidir".

Qeyd edək ki, müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.