Ölkə

Qala-Pirallahı avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılacaq

6 Mart 2020 17:34
0 Şərh     Baxış: 12 998
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır).

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, qismən məhdudlaşma mart ayının 7-i səhər saat 06:00-dan 10:00-dək tətbiq ediləcək.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.