Tarixi xəritələrin çap edilməsi zamanı faktlar müvafiq dövlət qurumları ilə razılaşdırılmalıdır - ETSN
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Prezident İlham Əliyevin Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışı zamanı irad tutduğu tarixi xəritə ilə bağlı Mədəniyyət Nazirliyinin nümayəndələri ilə danışdım. Onlar da bilmirlər ki, həmin xəritə necə ortaya çıxıb. Xəritə hazır şəkildə internetdən götürülüb və bilməzlikdən muzeyə qoyulub".
Milli.Az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Geodeziya və Kartoqrafiya MMC"nin direktor müavini Müqabil Bayramov deyib.
Onun sözlərinə görə, xəritələrdə belə yanlışlıqların olması ilk hal deyil:
"Dəfələrlə belə hal müşahidə edilib. Hətta "Geodeziya və Kartoqrafiya MMC" də tərtib olunmayan məktəb atlası hazırlanarkən 1901-ci ilə aid xəritədə Qazax, Tovuz, Ağstafa yanlış olaraq Gürcüstan ərazisi kimi qeyd edilmişdi. Bütün bu səhvlər xəritələri çap etdirənlərin tarixi məlumatsızlığından qaynaqlanır".
M.Bayramov deyib ki, əslində, yanlış məlumatların yer aldığı xəritələr tərtib edilmir, müxtəlif internet saytlarından götürülərək çap edilir. ETSN tərəfindən tərtib edilən xəritələr isə AMEA Tarix İnstitutunun alimləri ilə birlikdə tarixi mənbələrə əsaslanaraq hazırlanır:
"Azərbaycanın qədim tarixi ilə bağlı bir çox xəritələr çap etdirmişik. Xəritələr müvafiq araşdırmalar aparıldıqdan sonra nəşrə buraxılır. Tarixi xəritələrin çap edilməsi zamanı faktlar müvafiq dövlət qurumları ilə razılaşdırılmalıdır".
Xatırladaq ki, martın 4-də Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Trend-in məlumatına görə, Prezident İlham Əliyev muzeyin eksponatları ilə tanış olduqdan sonra tarixi xəritələrlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədova iradlarını bildirib:
"Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib. Bu xəritəni siz haradan götürmüsünüz? Qədim adlar, məsələn, Sisian yazılıbdır. O vaxt Sisian adı yox idi, sonra kimsə bunu uydurub. Xəritədə indiki Azərbaycan ərazisində Mingəçevirdən başqa heç bir tarixi ad yazılmayıb. Halbuki, Bərdə, Qəbələ, Naxçıvan - bütün bunlar qədim şəhərlərimiz olub. Ona görə soruşuram, bu, hansı əsrə aiddir? Çünki bu xəritədən heç nə başa düşmək mümkün deyil. Qafqaz Albaniyası dövləti də burada göstərilmir. Amma baxın, bu Urartu hansı hərflərlə yazılıb. Ona görə buna baxmaq lazımdır. Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayın, xəritələr həm dəqiq olmalıdır, həm də bunun tarixi göstərilməlidir.
Bu xəritə də bilinmir hansı tarixə aiddir. İndiki Azərbaycan ərazisində heç bir şəhərin adı yoxdur. Var buna cavab? Xəritə asmısınız, hesab edirsiniz ki, bununla iş düzəlir? Bu xəritə bizim tariximizdir. Uşaqlar gəlib bu xəritədən bu tarix haqqında nə başa düşəcəklər? Heç bilinmir nədir bu. Özü də haradan götürmüsünüz Allah bilir. Buna belə yanaşmaq olmaz. Eksponatları doldurursunuz, hesab edirsiniz ki, bununla iş bitir? Özü də uşaq otağıdır. Uşaq gəlib soruşacaq ki, bu, nədir, mənim məmləkətim nədir? Haradadır mənim qədim şəhərlərim? Onun əvəzinə orada Urartu görürük".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır
-
Prezident İlham Əliyev: Şəhərsalma elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik
-
Azərbaycan Prezidenti: Bu gün qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk
-
Prezident İlham Əliyev: Bakı həm qədimlik, həm də yenilik baxımından göstərir ki, biz tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq
-
Yermak azadlığa buraxıldı
-
Prezident İlham Əliyev: Ölkəmizə ilk dəfə səfər edən qonaqlar Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar





