Ölkə

Azərbaycanda yaradıcılıq və mədəniyyət sahələrində geniş sahibkarlıq potensialı var

27 Fevral 2020 14:15
Baxış: 476

Azərbaycan iqtisadiyyatında yaradıcı və mədəniyyət sənayelərinin dəyər yaratma potensialı genişdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov "Mədəniyyət və incəsənət sahələri biznesi forumu: mövcud vəziyyət və perspektivlər" adlı tədbir zamanı deyib.

O bildirib ki, qabaqcıl dünya ölkələrində yaradıcı və mədəniyyət sənayelərinin ÜDM-də payı 5%-dən çoxdur:

"Bu sektorun məşğulluqda da payı kifayət qədərdir. Azərbaycanda isə belə göstəricilər haqqında danışmaq hələ ki tezdir".

O.Məmmədovun sözlərinə görə, Azərbaycanda sənətkarlıq növləri, zəngin musiqi ənənələrimiz, film, rəssamlıq, foto kimi ənənəvi sektorlar biznes yönümlü, o cümlədən gəlir gətirən və dəyər yaradan sahələr olaraq formalaşması üçün əsas rol oynaya bilər:

"Sahibkarları dəstəkləyən, onların maraqlarından çıxış edən Agentliyimiz adından bir neçə təklif səsləndirmək istərdik. Ölkəmizdə yaradıcı və mədəniyyət sənayeləri üzrə üstün olduğumuz ənənəvi sahələrdə inkişaf potensialının reallaşdırılması və koordinasiyalı tədbirlərin həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumları və özəl sektorun təmsil olunduğu İşçi Qrupunun yaradılmasını təklif edirik. Hesab edirik ki, bu format çərçivəsində sahənin gələcək inkişafı ilə bağlı təkliflər toplanılmalı, hədəflər müəyyən edilməli, eləcə də bu hədəflərə çatmaq üçün konkret yol xəritəsi hazırlanmalıdır".

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.