Ölkə

Həssas qruplara aid olan şagirdlər üçün breyn-rinq keçirilir

18 Fevral 2020 13:39
0 Şərh     Baxış: 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtdakı ümumi təhsil müəssisələrinin şagirdləri arasında psixointellektual breyn-rinq oyununa start verilib.

Milli.Az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunan oyunların əsas məqsədi məktəblilər arasında xüsusi hallarla bağlı məsələlərə və həssas qruplarla işə diqqəti artırmaq, müvafiq qrupa daxil olma ehtimalı olan şagirdlərin istedad və qabiliyyətini, dünyagörüşünü, intellektual səviyyəsini, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə bacarıqlarını inkişaf etdirməkdir.

Paytaxtın 12 inzibati rayonu üzrə keçirilməsi nəzərdə tutulan psixointellektual oyun rayon və şəhər turundan ibarətdir.

Rayon turunda VII-IX sinif şagirdlərindən ibarət komandalar müəyyən vaxt ərzində onlara verilən müvafiq tapşırıqları yerinə yetirirlər. I mərhələdən uğurla keçən komandalar şəhər turuna vəsiqə qazanacaqlar.

Qalib gələn komandalara diplom və hədiyyələr təqdim olunacaq

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.