Ölkə

Bakıda ağır qəza: "Toyota" eyni anda 4 avtomobili əzdi - VİDEO

18 Yanvar 2020 11:10
1 Şərh     Baxış: 8 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Şəhər istiqaməti ilə hərəkətdə olan 90-MD-770 dövlət nömrəli "Toyota" markalı maşın yol kənarında dayanan avtomobillərə çırpılıb. Hadisə nəticəsində qəza törədən avtomobil də daxil olmaqla 5 nəqliyyat vasitəsi yararsız hala düşüb.

Hadisədə zərərçəkən şəxsin sözlərinə görə, "Toyota"nın sürücüsünün içkili olduğu ehtimal edilir.

Qəza ilə bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.