Ölkə

Məktəb laboratoriyaları üçün avadanlıqların alınmasına 7 milyon manatdan çox pul sərf ediləcək

24 Oktyabr 2019 09:06
0 Şərh     Baxış: 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn il orta məktəblərdə tədris laboratoriyaları üçün avadanlıqların alınmasına 7 milyon manatdan çox maliyyə vəsaitinin sərf edilməsi nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində öz əksini tapıb.

Bu layihələrə əsasən, 2020-ci ildə təhsil xərclərinin 7,5 milyon manatı ümumtəhsil məktəblərinin tədris laboratoriyalarına (fizika, kimya, biologiya) avadanlıqların alınması ilə bağlı xərclərə sərf ediləcək.

2020-ci il üçün dövlət büdcəsindən təhsil xərclərinə 3155,8 milyon manat vəsait ayrılıb ki, bu da 2019-cu ilə nisbətən 873,6 milyon manat və ya 38,3 faiz çoxdur.

2020-ci ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 11,7 faiz təşkil edəcək ki, bu da 2019-cu ilə nisbətən 2,6 faiz-bənd çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.