Ölkə

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir

21 Avqust 2019 13:04
0 Şərh     Baxış: 1 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 21-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində kimya, musiqi, riyaziyyat, rus dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər iştirak edir.

Milli.Az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müsahibə mərhələsinin üçüncü günündə 747 namizədin iştirakı gözlənilir.

Müsahibə mərhələsinə indiyədək 1 335 namizəd qatılıb. Müsahibələr avqustun 23-dək davam edəcək.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.