Ölkə

Bakıda cinlər peyda olub - Paytaxt sakinlərindən şok sözlər

10 İyun 2019 20:29
47 Şərh     Baxış: 10 090

Bizimlə eyni dünyada gözəgörünməz varlıqların yaşadığını qəbul etmək istəmirik, ya da şüurumuz bunu dərk edəcək səviyyədə deyil. Ara-sıra ətrafda fövqəltəbii hadisələrin baş verməsi haqda məlumatlar olsa da, insanlar bunu dilə gətirməyə çəkinirlər. Çünki belə xəbərlərə əksər hallarda ya inanan olmur, ya da onlara sübut tapılmır...

Bununla belə, zaman-zaman qeyri-adi, ağlasığmaz hadisələrin baş verməsi insanlarda daxilən qorxu və narahatlıq yaradır...

Milli.Az news24.az-a istinadən xəbər verir ki, bir neçə Bakı sakini şahidi olduqları qəribə hadisələri belə dilə gətiriblər:

Ruhlar bizə yaşamağa imkan vermir...

Zərif Bayramova: Bizim iki mərtəbəli həyət evimiz var. Hər axşam ikinci mərtəbənin pilləkənlərindən ayaq səsləri eşidilir. Bilmirəm, ruhdur, cindir, nədir, amma bizə yaşamağa imkan vermir. Elə bil ki, bir neçə uşaq pilləkənlərdən tullanaraq düşür. Səslər o qədər aydın gəlir ki, adamı vahimə basır.

Nuranə Zeynalova: Evdə tez-tez xışıltı səsi gəlir. Səslər daha çox mətbəxdə eşidilir. Əvvəl elə bilirdim bu səsi tək mən eşidirəm. Uşaqlarım deyəndə ki, mətbəxdə kimsə var, anladım ki, düşündüklərimdə haqlıyam. Onların qorxmaması üçün səsin qonşudan gəldiyini deyirəm. Amma özüm səs gələn tərəfi yoxlayıram, soyuducunu çəkib arxasına baxıram. Di gəl, heç nə görünmür...

İlahə Zamanova: Bəzən evimizdə televizorun üstündən yerə nə isə yerə düşdüyünü görürəm. Yaxud evdə vazaya qoyduğum güllərin başının qoparıldığının şahidi oluram. Bəzən də evin hansısa küncündə buludabənzər ağ varlığın oturduğu gözümə görünür. 
Hərdən də əlimlə qoyduğum və dəqiq xatırladığım əşyanı yerində yox, ağlıma gəlməyən, gec-gec açdığım bir yerdən tapıram...

Bütün bunlardan, çox üşənirəm, tək olanda məni vahimə basır.

Bütün bu paranormal halların elmdə, dində necə izah olunduğunu öyrənmək üçün mütəxəssislərə müraciət elədik.

"Domovoy"lar qəzəblənəndə evdə səs-küy yaradırlar

Ekstrasens Aqil Məhərrəmovun fikrincə, evlərdə qoruyucu ruhlar mövcuddur.

Onun News24.az-a açıqlamasına görə, evi qoruyan ruhlar insanlar arasında "domovoy" kimi tanınır və onlar bəzən ev sahibinə mövcudluğuqlarını hay-küyləri ilə bildirirlər: "Evdə "domovoy"ların səs-küy salmasının müxtəlif səbəbləri var. Mənzildə gedən təmir onları narahat edir. Yaxud mebellərin, əşyaların dəyişdirilməsi onlara xoş gəlmir. Ən əsası isə ruhlar evdəki dava-dalaşlar, söz-söhbətlərlərdən qıcıqlanırlar.

Daha bir səbəb isə evdə körpə uşağın olmasıdır. "Domovoy"lar balaca uşaqlarla oynamağı sevirlər.

Ümumiyyətlə, qoruyucu ruha qarşı diqqətsizlik olanda, o evdə problem yaranır. Bundan sonra evdə səslər eşidilir, qoyduğun əşyaların yerində tapa bilmirsən. Ruhların sakitləşmələri və ya ev sahibindən məmnun qalmaları üçün onları qənd, yaxud südlə qidalandırmaq lazımdır. Bunları mətbəxdə ən hündür yerə, ya da hamı evdən çıxıb gedəndən sonra qapının girişinə yerləşdirməlisən. Xristian ölkələrində bunu çox adam edir, amma müsəlman ölkələrində belə şeylər qəbul olunmur deyə bundan xəbərsizdirlər. Ona görə də bəzi evlərdə belə xoşagəlməz hallar baş verir". 
Ektrasens onu da əlavə etdi ki, bəzən insanlar evdə baş verən bu halları cinlərlə əlaqələndirirlər. Amma bunun cinlərlə heç bir əlaqəsi yoxdur: "Əslində evdə "domovoy"ların olması müsbət haldır. Onlar evi, ailə üzvlərini bədbəxt hadisələrdən qoruya bilirlər. Onu da deyim ki, yeni tikilən binalarda "domovoylar" olmur".

Din ruhların olduğunu inkar etmir!

İlahiyyatçı Hacı Şahin Həsənli isə evdən gələn səslərin səbəbini belə izah edib: "Mən hər şeyi kökündən inkar etmək istəmirəm. Dinimiz bizə müxtəlif varlıqlar, cinlər, mələklər haqqında məlumat verir. Amma görmədiyimizi təsdiqləyə bilmirk. Deyək ki, emprik, dəqiq elmlər yalnız maddi aləmi tədqiq edə bilir. Mənəvi, metafizik aləm haqqında xəbər vermək, ümumiyyətlə bu elmlərin səlahiyyətinə daxil deyil. Biz bu aləmin varlığını düşüncə, şüur, fəlsəfi baxımdan kəşf edə bilirik. Peyğəmbərlər də bizə bu barədə xəbər verir. Yəni bu varlıqlar mövcuddur. Ona görə ki, ağıl bunların varlığını inkar edə bilmir. Ehtimal olunur ki, bunlar mövcuddur. Digər tərəfdən Rəbbimiz bizə peyğəmbərlərin vasitəsilə onlar haqqında məlumat verir. Belə hallara çox rast gəlinir, deyirlər, evdən səslər gəlir, buna gah "ruhdur", ya da "cindir" deyirlər. Amma mən düşünürəm ki, bunların çoxu qarabasmadır. Belə insanlarla söhbət edəndə görürəm ki, onların bəziləri iradəsi zəif olanlardır. Əlbəttə, bu hamıya şamil olunmur. Bunun başqa səbəbləri də ola bilər".

Əgər gözünə görünən varsa...

Psixoloq Gülnar Orucova isə hesab edir ki, insanların gözünə qeyri-adi nə isə görünürsə və ya onlar səs eşidirlərsə, bu paranormal hal adlanır. Psixoloqun sözlərinə görə, bu problemin öz səbəbləri var: "Hər hansı ciddi psixoloji gərginlik keçirən insanda - travma almış, qəzadan çıxmış, yaxınını itirmiş və ya bu tipli hadisələr yaşamış insanlarda postravmatik stresslər yaranır. Bəzən hərbi xidmətdən sonra da,postrvmatik stresslərin olması müşahidə edilir. Bu stress özünü 6-8 ay sonra büruzə verməyə başlayır. Həmin dönəmlərdə insnlarda paranormal, özünə qapanma halları ola bilər. Belə insanlar bəzən hansısa məxluqların gözünə görünüyünü deyirlər. Bəzən isə onlara elə gəlir ki, kimsə əmr edir, göstəriş verir".

Psixoloq hansısa gözəgörünməyən varlığın mövcudluğunu, onunla təmasını söyləyənlərin bir çoxunun ciddi psixi problemləri olduğunu da qeyd edib: "Düzdür, mən belə varlıqların yoxluğunu tam inkar edə bilmirəm. Amma "gözümə adam göründü" və ya "kimsə toxundu" deyilməsi artıq ciddi problemdən xəbər verir.Belə hallar şizofreniyadan əziyyət çəkən adamlarda olur. Bu halların yaşanmaması üçün həmin adamlar əsəbdən, stresdən uzaq olmalıdırlar. Əgər belə olmasa, insan "qulağıma səs gəlir", "kimləsə söhbət edirəm" deməkdə davam edəcək. Məsələn, mənə bir valideyn müraciət edib deyir ki, övladı ağacın dibində kiminləsə məsləhətləşir. Uşağın gözünə görünən "şəxs" ona nə eləməli olduğu haqda göstərişlər verir. Belə hallar baş verdikdə mütləq mütəxəssisə müraciət etmək lazımdır. Elm sübut edir ki, insana nəyinsə elə gəlməsi, beyinin yanlış məlumatdır. O, gördüyünü iddia edir, haqlı olduğunu sübut etməyə çalışır, amma bu, hallisünasiyadır. Bəzən elə dərmanlar da olur ki, o dərmanları qəbul etdikdən sonra da insanda hallisünasiyalar yaranır. Psixotrop dərmanlar da qəbul etdikdən sonra dediyimiz hallar baş verə bilər".  

Milli.Az

loading...

Şərh yaz:

47 Şərh:

  • Anonim
    Yağmur · 10 İyun 20:42102

    Axşam, axşam dəli eləməyin məni ((

    Cavab yaz
    • Anonim
      ❤️Ebru❤️ · 10 İyun 21:1144

      Bejee gelejeklerr gozle:)))

      Cavab yaz
      • Anonim
        Yağmur · 10 İyun 21:4220

        Gözləyirəm

        Cavab yaz
        • Anonim
          ❤️Ebru❤️ · 10 İyun 21:4620

          Bes deyirdin qorxuramm:)))Qorxmuyasan?:))

          Cavab yaz
          • Anonim
            Yağmur · 10 İyun 22:0210

            Qorxuramda

            Cavab yaz
  • Anonim
    Name · 10 İyun 21:0361

    Allahim ozun komey ol..

    Cavab yaz
  • Anonim
    Name · 10 İyun 21:04141

    Qorxanda 3defe bismillahi rehmani rehim dein..

    Cavab yaz
  • Anonim
    Name · 10 İyun 21:0562

    Allahim hes kesin aglin elinnen alma'

    Cavab yaz
  • Anonim
    Mery · 10 İyun 21:1015

    Bir nece ileve qonsu qadin tek idi deye onan qalirdim sehere geder sesler gelirdi evden kimse gezirdi addim sesleri isigi yandirib baxirdim hec kim olmurdu nese dusurdu yere bezen seslere qadinda diksinib oyanirdi adam dehsete gelirdi

    Cavab yaz
    • Anonim
      mamuska · 10 İyun 21:3572

      belke sican imis.sicanlar da evde gezir,esasen de geceler,durub isigi yandiranda da qacirlar,gormek olmur...

      Cavab yaz
      • Anonim
        Mery · 10 İyun 21:4401

        Yox adim sesleri idi ele bil adam gezirdi sicanlar birde esyala deyib ses cixarda bilmir axi

        Cavab yaz
  • Anonim
    VƏTƏNDAŞ · 10 İyun 21:4022

    BƏLİ GÖZÜMÜZLƏ GÖRDÜYÜMÜZ DÜNYA VAR ---GÖRMƏDİYİMİZ DÜNYA VAR İNANMAQ LAZIMDIR--AT NALI ASIN EVİN İCƏRİ QAPININ AĞZINDAN BAŞI YUXARI YA BİR MİSMAR YA DA YEDDİ MİSMAR VURUN EVİNİZİ QORUYACAQ ƏGƏR QAPININ CÖLÜNDƏN VURURSUNUZSA AĞZI AŞAĞI VURUN --DƏFNƏ YARPAĞI EVƏ QOYUN YORĞAN DÖŞƏYİN ALTINA PUL KİSƏSİNƏ MAQİG GÜCÜ VAR.BİSMİLLAH RƏHMANİ RƏHİM DEYİN PİS RUHLAR CİN ŞEYTANLAR KƏNAR OLAR EVDƏN .

    Cavab yaz
  • Anonim
    asi · 10 İyun 21:5920

    Yeni tikilən evlərdə domovoyu domofonla əvəz ediblər))..Hərdən gecələr Kiminsə məni oyatdığını hiss edirəm..O qədər real hiss olunur ki, hətta nəfəsinin istiliyini də hiss edirəm...Gözümü açıb üzünü görmədiyim kölgə görürəm..Sonra fikirləşirəmki yəqin yuxu görmüşəm), gözümü yumub yenə yatıram).. Çünki, bu cür varlıqların olmadığına inanıram..).

    Cavab yaz
    • Anonim
      Papatya · 10 İyun 22:4620

      Ay asi,.sen yazdin men qorxdum. Dogurdan deyirsen ya ele bele mubalige edirsen? Nece rahat gozumu yumub yatiram deyirsenee nc nc

      Cavab yaz
      • Anonim
        asi · 10 İyun 23:1410

        Vallahi doğru deyirəm..Hələ daha artığını da yaza bilərəm))...Təsəvvür elə Papatya, yatmışam gecə.. Nəsə qulağımın düz dibində nəfəs hiss edirəm..Gözümü açmışam yanımda kimsə durub..Hətta qoluma toxunduğunu hiss edirəm..Üzr istəyirəm hər kəsdən, çönüb baxıram atamız yatıb).. Dəli kimi fikirləşdim ki, bəs bu yatıbsa qaranlıqda görsənən kimdi)). Düzünü deyim çox qorxmuşdum..Istədim qəməndiri durğuzamki evdə kimsə var..Sonra necə oldusa daha heç nə görsənmədi..Biraz fikirləşəndən sonra dedim yəqin yuxlu olmuşam)). Əhəmiyyət verməyib yatdım..Belə halla bir neçə dəfə qarşılaşmışam...Amma fikirləşirəmki yuxu görmüşəm yəqin)..

        Cavab yaz
        • Anonim
          ❤️Ebru❤️ · 10 İyun 23:3410

          Salam asi qorxulu olsada inaniram sene heqiqeten o mendede olub bir necedefe oz evimizde qiz vaxti tez tez olurdu gec yatanda sanki kimse boqur adami ele bil ((Men bir necedefe ele olub hedda qisqirmisam yuxuda mama durquzub meni ((.Sonralar olmadi bura gelenen sonra bir iki defede yasanib yene yuxuda ozde onun fikir meni boqub oldumekdi necede yuxdan qisqirib durmusam yada sesime gelib durquzublar mende cox olub.Ne bilim elede inanmiram amma bezen hiss edirem ele seylerr (((

          Cavab yaz
          • Anonim
            asi · 10 İyun 23:5700

            Salam Ebru...Səni yəqinki yuxuda boğublar qorxmusan..Olur bəzən yuxu o qədər həqiqiyə oxşayır ki, qorxursan..Amma məni öldürmək istəyən olmur)).. Əksinə heç bir ziyanı olmur..Sadəcə yuxlu ola ola yanında başqa nəyisə hiss etmək adamı narahat edir..Oyanırsan keçib gedir)..

            Cavab yaz
            • Anonim
              ❤️Ebru❤️ · 11 İyun 00:1700

              Asi canim raziyam yuxda cox olub amma inan hiss etmisem bir necedefeki sanki uzerimde olub boqur meni el qolum tutub terpene bilmirem qisqiriram ayila bilmirem belkede o zaman durquzan olmasa yada qisqirmasam olede bilerem mene ele gelir ((Cunki ayilanda nefesim tamam kesilir..

            • Anonim
              Papatya · 11 İyun 00:2100

              Asi, men ne hala qalardim Allah bilir. MasaAllah nece ureklisen. Bu Ramazan vaxti hami yatib, men gece 4e işleyib sahur edirem metbexde samsakit ozume oturmuşam. Birden daranq durunq evi dehşetli ses burudu. Hamamin guzgusu duşub sinib yere. Asi nece qorxdum. Hamami heç girib yigişdirmadim da, her yer şuşe qirigi gedib yatdim, seher temizledim. Yəni ruh muh inanan deyileme, amma ne bilim qeribe narahatliq çokdu uzerime. o ki qala kimse qoluma falan toxunsun. Ondan sonra menden adam olmaz day) Bu gece gic gic yuxular gormesem yaxsidir:((

            • Anonim
              asi · 11 İyun 08:5300

              Sabahın xeyir Papatya..Gecə qorxulu yuxular görmədin ki?? Səhəri necə qarşıladın??))...Sənin güzgü söhbətinə bir az güldüm)).. Mən qaranlıqdan qorxuram, amma ta danq-duq səsləri məni qorxutmur), sən də çox fikir vermə elə şeylərə, olan işlərdi hamısı)...

            • Anonim
              Papatya · 11 İyun 09:4400

              Sabahin xeyir asi. Yuxuya getmemişden qabaq yutubda menasiz 1 neçe videoya baxib yatdim:)) pis yuxular gormedim) yoxeee asi, danq dunq sesinden çox, bu zəhrimar gecenin bir alemi, hamamda kimse yoxken, deyib toxunan yoxkən niye oz başina dusub sindi axi, sualini verdim oz ozume, qorxdum:))) suala baş sindirmamaqdan oteri yatdim ki, sakitleşim) asi, men adi bir de gorursen nese iş gorurem, nece deyerler cümrü oz alemimdeyem, qefil kimse o an çagirsa, ya donub qefil yanimda gorsem diksinirem) bir defe heyetde ipden paltarlari yigirdim, axşamterefi idi, qonşu qadin resqi qapini açdi, doymemiş. dik atildim,:). Ay xanim qapini doy dəə deyib biraz uzumu turşutdum) qaynananamdan soz soruşacaqmiş. Neyse can bala deyesen seni qorxutdum dedi) qaranliqdan men de qorxuram, evde tek olsam,ele bilerem agaclar da piçildaşir)) indi sen de gorum menim diaqnozum nedir?:)))

            • Anonim
              asi · 11 İyun 10:0200

              Papatya, sənin diaqnozun o ola bilər ki, yəqin həmişə fikirli olursan..Özün olduğun yerdəsən, fikirlərin məchullərdədir)).. Yəqinki fikirlərinə o qədər qapılırsanki, ətraf aləmdən təcrid olursan qısa bir vaxt kəsiyində..Ona görə də anidən baş verən hadisəlrdən qorxursan)). Saytın doxtur uzman baş şüvənoloqu kimi mənim diaqnozum belədir..))Amma gerçəkdə bilmirəm nədəndi)..

            • Anonim
              Papatya · 11 İyun 11:4800

              Tesekkur edirem, dr şuvenoloq, cox dogru yerinde diaqnozdu. Men sizin daimi pasientiniz olacağam artiq.:))

  • Anonim
    Maqa Sarkazm · 10 İyun 22:0130

    Az cekin ot alaqdan her wey duzelecek

    Cavab yaz
  • Anonim
    Bibi · 10 İyun 22:1132

    Elə şeylər var ki biz onu görmürük. Əvvəllər məndə inanmırdım Amma rusiyada yaşadıqdan sonra inandım.əsasda bitva ekstRasen birdə oxotniki za privedeniya verilişlərinə baxandan sonra lap çox inandım.birdə Rusiyada güclü ekstrasens ve vedmalar var. Ona göre bu millət caduynan tilsimlə çox oynayırlar .onların cadusundan çıxmaq olmur.ona görə bu milləti eve buraxmaq olmaz.

    Cavab yaz
  • Anonim
    Samire · 10 İyun 22:3702

    Her evde damavoy olur. Özü de damavoy qoruyucu ruh deyil, damavoy ev ayesidir...Meselen bizim bir qohum var, 2 mertebeli evde yaşayırdılar. Hemin qohum namaz qılan, oruc tutan xanımdır.Gece namaz qılmağa duranda. deyirdi ki emelli başlı 1 ci mertebeden sesler gelir, ele bil kimlerse qaçırlar, addım sesleri gelir, hoppanıb düşürler. Hemin o xanım heddinden artıq çox qorxmuşdu bu hadiseye....Amma mene ele gelir ki, onlar damavoy deyildiler, nese başqa şeyler idi. Ele ona görede evlerini satdılar, şeherde bina evi aldılar...

    Cavab yaz
  • Anonim
    ŞAH · 10 İyun 22:3720

    ASİ XANIM SALAM NƏ DEMƏK İSTƏYƏRDİM MƏN ÖZÜM DƏ İNANMIRDIM BELƏ VARLIQLARA AMMA İNANMALIYIQ ONLAR VAR BU BİZİM MƏLUMATMIZIN AZ OLMASIDIR MƏLƏKLƏR CİN ŞEYTAN BUNLAR VAR.

    Cavab yaz
    • Anonim
      asi · 10 İyun 23:2610

      Salam ŞAH...Var ya yoxdu bunu qəti şəkildə deyə bilmərəm..Baxır kim nə dərəcədə inanır..Ümumiyyətlə insan həmişə bu barə fikirləşir..Xüsusən də tək və axşam...Bu da yəqinki hansısa bir psixoloji drumla bağlıdır..Mə olduğunu qəbul etmirəm və ona görə də yuxulu olduğuma əminlik yaranır məndə..Əgər gündüz olmuş olsaydı, bəlkə də düşünərdim..

      Cavab yaz
  • Anonim
    Samire · 10 İyun 23:0210

    Bu Allah saxlamış yenə başladı dislayk fəaliyyətinə.)

    Cavab yaz
    • Anonim
      ❤️Ebru❤️ · 10 İyun 23:5220

      Yeqin cinerden biriidu hirslenib ona gore Samire xanim:)))

      Cavab yaz
  • Anonim
    Fizuli Şirvanlı · 10 İyun 23:0840

    özünüzü görünməyən cinlərdən yox görünən cinlərdən qoruyun.

    Cavab yaz
  • Anonim
    Fizuli Şirvanlı · 10 İyun 23:1400

    indi meşə qırağında oturub çay içirəm, o kim ki cinlərnən əlaqəyə girir o insanlardan xaiş edirəm o cinlərə çatdırın ki gəlib çay qonağım ola bilər, bu gün olan hadisədə də mənə məsləhət verərdi...

    Cavab yaz
    • Anonim
      Görünən cin) · 10 İyun 23:3000

      Hadisəni nəql edin, məsləhət verim)..

      Cavab yaz
      • Anonim
        Fizuli Şirvanlı · 11 İyun 00:0400

        gərək çay qonaqlıqıma buyurasız ilk nöbədə)

        Cavab yaz
        • Anonim
          Görünən cin) · 11 İyun 10:0400

          Ailəvi dəvətdirsə, gələ bilərik).. Amma yolumuz uzaqdı, tək çay qonaqlığı olmaz, gərək yemək qonaqlığı da verəsiz.Aradakı 3 min km məsafəni çaydan ötəri qət edə bilmərik))..

          Cavab yaz
          • Anonim
            Fizuli Şirvanlı · 11 İyun 12:1100

            no problem gələ bilərsiz, bu isti havada pirquluda quzu kababı pis təsir etməzsə lap qaynananı da götürüb gələ bilərsiz)

            Cavab yaz
            • Anonim
              asi · 11 İyun 12:2400

              Müftə quzu kababı kimə pis təsir edib ki, bizə də edə..Kakraz qaynanam quzu kababı xoşlayandı)). Axşama nəsilli köklü Pirquludayıq)..

            • Anonim
              asi · 11 İyun 12:4000

              baay adımı dəyişmək yadımdan çıxıb))..məndən cin olmaz,)..

  • Anonim
    ~~~ · 11 İyun 00:1000

    Xatirələrim oyandı lap)

    Cavab yaz
  • Anonim
    Name · 11 İyun 00:1400

    Mamuska:))

    Cavab yaz
  • Anonim
    Name · 11 İyun 00:1500

    Oyag olan var.?

    Cavab yaz
  • Anonim
    Name · 11 İyun 00:1900

    Dehseti bu qizin iwi

    Cavab yaz
  • Anonim
    MOMIN · 11 İyun 09:4210

    hormetli MUSELMANLAR heqiqeten bizim yasadiqimiz alemden basqa REBBIMIZ daha dord ve ya nece alem var ki onu ancaq o alemleri yaradan bilir . biz iseQURANI KERIMIN BIZE dediyi ucun yalnz cinler ve ruhlar alemini bilirik onlarin alemleri ile bizim alemimizin arasinda YARADAN BIR PERDE ve bi manea qoyub. bu kecidi kece bilenler ise peygemberler ve bezi nurani sexslerdir. kimi gozune ne gorunurse getsin ya nevpatoloqa ya psixoloqa

    Cavab yaz
  • Anonim
    Fizuli Şirvanlı · 11 İyun 13:5300

    nə vaxt gəlsəz ölkəyə harda olmaqımdan aslı olmayaraq Problem yoxdu, amma inanmıram o ürəy sizdə ola) bir nəfər vardı burda o dedi və etdi) P.S zənn etmişdim görünən cin kim ola bilər)

    Cavab yaz
    • Anonim
      asi · 11 İyun 14:4800

      Çox sağ olun, gəlmişik kimi qəbul edin).. Burada belə dil qəfəsə qoymadığıma baxmayın, həyatda keçmədiyim baryerlər var)..

      Cavab yaz
      • Anonim
        Fizuli Şirvanlı · 11 İyun 18:0200

        anladım, düz yoldasız)

        Cavab yaz
  • Anonim
    Ley.98 · 11 İyun 15:3600

    Mende bele sey olmusdu yatdigim yerde meni bogmusdu ,ozumnen bele getmisdim sonra birde gec yarisi qulAgima fisiltisesleri gelkrdi danisirdi menen durdum eyaga hec kim yox idi.birdefesinde evmizxe eyaq sesleri gelirdi ,mamaua deyirdim evde kimse yeriyir deyirdi ele sey ola bilmez.ozude cox maraqlidir imenide men esidirdim sesleri heckim yox.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.