Ölkə

Teymur Əmrah yoxa çıxdı - Verilişə gələcəkdi, zəng çatmır, evində də yoxdur - VİDEO

30 Mart 2019 13:04
13 Şərh     Baxış: 5 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Teymur Əmrah "Zaurla Günaydın" proqramının bugünkü canlı buraxlışına dəvətli olsa da telekanala gəlməyib.

Milli.Az xəbər verir ki, narahat qalan aparıcı Zaur Baxşəliyev canlı yayımda hər zaman dəvət aldığı efirlərə məsuliyyəti ilə seçilən, qəfil yoxa çıxan sənətçinin evinə gedib.

Yaşadığı mənzilin qapısını döyən Zaura qapı arxasından yad səs cavab verib. Teymurun qohumu olduğunu bildirən şəxs sənətçinin təcili Gəncəyə getdiyini qeyd edib.

Mobil nömrəsinə zəng çatmayan müğənninin başına bir hadisə gələcəyindən qorxan Günay Baxşəliyeva və verilişin qonaqları həmin anları studiyada həyəcanla izləyiblər.

Bu da həmin kadrlar:

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Teymur Əmrah yoxa çıxdı - Verilişə gəlmədi: canlı yayımda həyəcanlı anlar

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.