Ölkə

"Baş həkim 5 tibb işçisini Nüşabə Ələsgərliyə görə çıxarıb" - Afət Fərmanqızı

15 Mart 2019 11:54
21 Şərh     Baxış: 12 610

Müğənni Afət Fərmanqızının Nəsiminin qəzəlinə ifa etdiyi mahnıya məzəli videorolik hazırlayan Şəki Mərkəzi Xəstəxanasının beş əməkdaşı işdən qovulub. 

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı unikal.org-a açıqlama verən müğənni Afət Fərmanqızı bildirib ki, Şəki Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əmirov işçilərini müğənni Nüşabə Ələsgərliyə görə işdən çıxarıb:

"Mənə bir nəfər İnstagram-da yazdı ki, baş həkim Nüşabə Ələsgərlinin qohumudur. Onun da mənimlə münasibətləri bu mahnıya görə pozuldu. Ya baş həkim Nüşabəyə yaxşı görünmək üçün bu addımı atıb, ya da o, bu videonu görəndən sonra baş həkimə nəsə deyib. Düzü, mən bu söhbətlərə inanmaq istəmirəm. Amma qanunvericilikdə belə bir şey yoxdur ki, işçi nahar vaxtı çəkdiyi videoya görə işdən çıxarılsın. Bunu Allah da götürməz ki, 5 ailəni bayram qabağı çörəyindən etsinlər.

Mən onlara vəkil tutmuşam. Həmin səhiyyə işçilərinin hüquqlarını bərpa etmək üçün məhkəməyə müarciət olunacaq. 4 yaxın dostuma demişəm, bir də mən özüm həmin 5 işçinin ailəsinə maaşından da çox hər ay maddi yardım edəcəyik. Bir də onu demək istəyirəm ki, məni bu mahnıya görə tənqid edən şəxslər və sənət adamları qələt edirlər. Onlar getsinlər işləri ilə məşğul olsunlar. Mən erməni deyiləm ki, mənim üzərimə bu qədər gəlirlər."

Milli.Az

loading...

Şərh yaz:

21 Şərh:

  • Anonim
    d · 15 Mart 11:56158

    supersen.halaldi

    Cavab yaz
    • Anonim
      xanım · 15 Mart 12:22230

      nə Afəti nə də ifa etdiyi mahnıya haqq qazandırıram. Ancaq işçini işdən çıxarmaq nə deməkdir.? Nə ediblər ki əyləniblər də. Bu mahnı olmasın qam-qam stayl olsun lap fərqi nədir ki? bu bəhanədir sadəcə

      Cavab yaz
  • Anonim
    Əsranur · 15 Mart 11:56191

    Vəssalam.Maaş işi də həll olundu.Yaxşı edib şilələşmisiniz.Afət dayanıb arxanızda.

    Cavab yaz
  • Anonim
    asi · 15 Mart 12:00130

    Özün eləmisən!!!!

    Cavab yaz
  • Anonim
    ❤️Ebru❤️ · 15 Mart 12:02133

    Kim oz ayranina turs deyer ay afet,sende yix nusunun ustune yaziq nusabe:))Indide bunlarin qirqinlari baslayacaq:)

    Cavab yaz
    • Anonim
      Konul · 15 Mart 13:5560

      Allah Sizi guldursun

      Cavab yaz
      • Anonim
        ❤️Ebru❤️ · 15 Mart 14:2541

        Cox saq olun Konul xanim sizinle bahem:)

        Cavab yaz
  • Anonim
    Anonim · 15 Mart 12:0780

    Ay Allah bu qızdan bezdik artıq

    Cavab yaz
  • Anonim
    ziyali · 15 Mart 12:07141

    Qelet edirler????Artiq bu yetishib deyesen....

    Cavab yaz
  • Anonim
    asi · 15 Mart 12:10140

    Elə şəkililərin bu mahnıya Çukur serialından kiçik bir fraqmetlə hazırladığı prikol var..Orda kişi deyir ki, Nəsimi oxuyanda dərisin soyursooz, başqası oxuyanda galenvagen verirsooz..Indi afətə mahnıya görə maşın verənlər, başından pul səpib 19 dəfə oxutduranlar gəlib bu 5 nəfərə də kömək etsinlər, puldan maşından versinlər, heç aylıq 160 manata ehtiyacları olmasın..

    Cavab yaz
    • Anonim
      ❤️Ebru❤️ · 15 Mart 12:18102

      Cox duz yazmisan Asi bu gozel serhi ucun sene tesekkur edirem.O ki qaldi pul sepenler pul verenler onlar anca afetkimilere pul tokur.Bu yaziq tibb iscileriyse afetin gudazina getdiler.Ele bilibler yeqin bunlarinda basindan pul tokub ellerine dollar verecekler yaziq!!

      Cavab yaz
      • Anonim
        @@@ · 15 Mart 18:0620

        Afətkimilər))))))))))) Doğurdan ey o 5 nəfərin axırı necə oldu? Mənə maraqlıdırki o 5lik qrupun ərləri nə deyib görən onların bu hünərinə?

        Cavab yaz
  • Anonim
    Seid · 15 Mart 12:2410

    Ayib, adam öz işçilərinə elə dəyər?

    Cavab yaz
  • Anonim
    aea · 15 Mart 12:2943

    Baş həkimin və səhiyyə nazirliyinin icazəsi olmadan orada videorolik çəkmək olmazdı....

    Cavab yaz
    • Anonim
      Can · 15 Mart 12:5621

      Hecne boş yere olmur gerey herkes etdiyini düşünsün

      Cavab yaz
  • Anonim
    Can · 15 Mart 12:5411

    Gerey herkes nese edende düşünsün sonra kimse kimden nese ğörmesin

    Cavab yaz
  • Anonim
    Afət · 15 Mart 14:1811

    Nə vacib idi orda oynamaqları

    Cavab yaz
  • Anonim
    orbet. · 15 Mart 14:2781

    Arsızlığın bir növüdür. Əylənməyə variant və yer tapmadız? Yaxşı deyək çirikin obrazlaşdırılmış müsiqi ilə dəm tutduz, bəs məkan olaraq iş yeri seçimi nəyə lazımdır . İş yerində belə hoqqalardan çıxmaq nizam-intizamın pozulması sayılır. Şiddətli töhmət verilməlidir. Kütləvi işdən çıxarmaq, bu səbəblə doğru deyil.

    Cavab yaz
    • Anonim
      kate · 15 Mart 16:1030

      Məncə də. İşdən çıxarmaq üçün bəhanə tapılıb baş həkimə. Ama bu videonu yaymaq qadına yaraşan hərəkət deyil.

      Cavab yaz
      • Anonim
        @@@ · 15 Mart 18:0830

        Videonu ordakı qadınlardan biri yayıb, sanki gözəl iş görüblərmiş kimi.

        Cavab yaz
  • Anonim
    ziyali · 15 Mart 17:4921

    Ruset ushaqlari buna yaman qaz veribler.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.