Ölkə

Yerli icmalara radikal ekstremizmlə mübarizədə müasir yanaşma öyrədilir - FOTO

19 Fevral 2019 15:15
0 Şərh     Baxış: 1 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yerli icmaların imkanlarının artırılması təşəbbüsləri dəstəklənir.

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) "PH International"ın təşkilatçılığı ilə 18 fevral 2019-cu il tarixində Bakı şəhərində "Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri" adlı layihə çərçivəsində müxtəlif sosial qrupların təmsilçiləri üçün növbəti təlimi təşkil edib. Bundan əvvəlkilərdə olduğu kimi layihənin təsir dairəsini genişləndirmək məqsədi ilə budəfəki təlimdə də müxtəlif qrupların təmsilçilərinin, o cümlədən təhsil sektorunda çalışanların, gənc fəalların, media və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı təmin edilib.

Təlim "PH İnternational" təşkilatının radikal ekstremizmlə mübarizədə müasir yanaşma üzrə təlimlərininin iştirakçıları olmuş İqtisadi və Sosial İnkişaf Mərkəzinin əməkdaşları Əhməd Əlili və Rəşad Həsənov tərəfindən keçirilib. "Radikallaşmaya aparan yollar" tezisi altında keçirilən 5-ci təlimdə iştirakçıların diqqətinə bu istiqamətdəki müxtəlif modellər çatdırılıb. Bu zaman "piramida" və "nərdivan" modelləri xüsusi ilə diqqəti cəlb edib. Əhməd Əlili bildirib ki, hər iki modeldə çatışmazlıqların olmasına baxmayaraq, radikalizm və terrorizmlə mübarizənin daha effektiv təşkil edilməsi üçün struktur təhlil imkanının yaradılması, prosesin fərqli mərhələlərinin xarakteristikasının müəyyən edilməsi onların praktiki tətbiq imkanlarını genişləndirir. Bununla yanaşı bu istiqamətdə mübarizə siyasətini həyata keçirən bütün qurumlar və steykholderlər bu modellərdən istifadə etməklə yol xəritəsi hazırlaya və problemi kökundən həll etmək üçün müxtəlif istiqamətli fəaliyyətləri paralel olaraq həyata keçirə bilərlər.

Qrup işindən sonra təlim müzakirələrlə davam etdirilib. Qeyd edək ki, tədbirə cəlb edilmiş iştirakçıların dəallığı diskusiya imkanlarını artırıb ki, bu da təlimçilər üçün mövzunu daha geniş formada izah etməyə əlverişli şərait yaradıb.

Xatırladaq ki, müvafiq layihə üzrə təlimlər təkcə paytaxt Bakıda deyil, paralel olaraq Sumqayıt şəhəri və Abşeron rayonlarında da təşkil edilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.