Prezident İlham Əliyevin fikirləri Azərbaycan gəncliyinin mənəvi kodeksi kimi qiymətləndirilməlidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu fikirlər Azərbaycan vətəndaşının həyat və fəaliyyətinin fəlsəfəsini müəyyən etməlidir.
"Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxış edən Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən gənclər siyasətinin konseptual əsaslarına toxunaraq bu siyasəti milli inkişafımızı təmin edən mühüm istiqamət kim səciyyələndərdi. 1994-cü ildə böyük dövlət xadimi Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasətin Azərbaycan gəncliyinin fiziki, mənəvi və intellektual inkişafını təmin etməklə onların ictimai, siyasi mədəni və iqtisadi həyatımızın bütün sahələrində bugünkü vacib yerini və rolunu müəyyən etdiyini qeyd edərək, hazırda da gənclər siyasətinin daima diqqət mərkəzində olduğunu bildirdi.
Əslində çıxışda səsləndirilən fikirlər Azərbaycan gəncliyinin ötən illər ərzində keçdiyi inkişaf yolunun qısa xülasəsi olmaqla, həm də ümummilli tərəqqi yolunda nə qədər mühüm yol qət etmələrinin göstəricisi idi".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin, eləcə də YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu bildirib.

Millət vəkilinin sözlərinə görə, dövlət başçısının bu fikirləri Azərbaycan gəncliyinin mənəvi kodeksi kimi qiymətləndirilməlidir: "Prezident İlham Əliyev bir daha dövlət müstəqilliyimizin önəmini vurğulayaraq bunun necə böyük sərvət olduğunu diqqətə çatdırdı. İqtisadi və siyasi müstəqilliyi bir-birini tamalayan iki mühüm faktor kimi izah edərək gənclərimizi milli maraqlarımız üçün iqtisadi və siyasi müstəvidə daha fəal olmağa çağırdı.
Düşünürəm ki, bu fikirlər Azərbaycan gəncliyinin mənəvi kodeksi kimi qiymətləndirilməli, hər bir Azərbaycan vətəndaşının həyat və fəaliyyətinin fəlsəfəsini müəyyən etməlidir".

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında iştirak ediblər - FOTO
Bu fikirlər Azərbaycan gəncliyinin əslində nələrə qadir olmasının bir sübutu olmaqla yanaşı, onların gələcəkdə ərazi bütövlüyümüzün təminatçıları olduğunun göstəricisidir. Buna görə də gənclərimizin rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev onların bütün problemlərinin həllinin daim dövlətin diqqətində olacağına işarə etdi".

H.Babaoğlu əlavə edib ki, ümumilikdə bu görüş gənclərin bundan sonrakı fəaliyyətlərinin cazibə mərkəzində milli maraqlarımızın müəyyənləşməsi baxımından ciddi siyasi və ideoloji təşviq hadisəsi kimi yadda qaldı ki, bu da ölkəmizin gələcəkdə də davamlı inkişafının təmin olunması baxımından olduqca əhəmiyyətlidir.
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Noyer yeni rekorda imza atdı
-
İsmayıllıda iki maşın toqquşdu - Xəsarət alanlar var
-
İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
-
Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - (Foto)
-
“Qayınanamın əlində olsa ayaqlarını başıma qoyardı“
-
Ukraynaya 9,2 milyard dollarlıq yardım ayrılacaq
-
Özbəkistan və Azərbaycan ikitərəfli münasibətləri tarixdə ən yüksək səviyyəyə çatdırıblar - Prezident Şavkat Mirziyoyev
-
Özbəkistan Vaşinqtonda liderlərin tarixi görüşünü Prezident İlham Əliyevin şəxsi diplomatiyasının parlaq qələbəsi kimi qiymətləndirir - Şavkat Mirziyoyev
-
Özbəkistan Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkə olub - Prezident İlham Əliyev
-
Azərbaycan və Özbəkistanın birgə investisiyalarının həcmi 500 milyon dollardan xeyli yüksəkdir - Prezident İlham Əliyev
-
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - (Video/Foto)
-
Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub - (Video/Foto)
-
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər - (Video)
-
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər - (Video)
-
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib
-
Kristofer Nolanın filmi rekord gəlirlə tarixə düşdü
-
Hazal Kaya “Uzak şehir” serialından imtina etdi
-
Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı paylaşım edib - (VİDEO)
-
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - (Yenilənib/Video/Foto)
-
Cəlilabadda avtomobil yandı
-
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb (VİDEO)
-
“Sabah” – “Hapoel” oyununa hakim təyinatları açıqlandı
-
Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlandı





