Ölkə

Metroda şantaj: rüsvay edəcəkdi, özü rüsvay oldu

15 Yanvar 2019 13:59
0 Şərh     Baxış: 3 023
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, yanvarın 14-də Bakı ŞBPİ-nin Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini həmin gün saat 16 radələrində metronun "Elmlər Akademiyası" stansiyasında bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb etdiyini bildirib.

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şəmkir rayon sakini A.İmanov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Pünhan Mirzə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.