Ölkə

“WhatsApp”ın funksiyası “Messenger”ə də gəlir - FOTO

16 Oktyabr 2018 09:26
0 Şərh     Baxış: 2 261
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Messenger" istifadəçiləri "Unsend" funksiyasını aşkar ediblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu funksiyası sayəsində istifadəçi göndərdiyi mesajları silə biləcək.

Mesaj həm onu göndərənin, həm də digər şəxsin çatından silinir.

Göndərilmiş mesajın ləğv olunması üçün vaxt limiti də təyin etmək olacaq. Bu cür funksiya "Gmail" servisində də var. Belə ki, Gmail-də göndərilmiş məktubların silinməsi üçün 30 saniyə vaxt verilir.

"Facebook" şirkətinin təmsilçisi isə təsdiq edib ki, şirkət hal hazırda bu yeni funksiyanın testini aparır və testlərdən sonra hamı üçün aktiv olacaq.

Qeyd edə ki, göndərilmiş mesajların silinməsi funksiyası bu ildən etibarən "WhatsApp"da da istifadəyə verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.