Ölkə

Avtomobil qaçıran şəxslər saxlanılıb

24 Sentyabr 2018 16:55
0 Şərh     Baxış: 1 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər yaxalanıblar.

DİN-dən Milli.Az-a verilən məlumata görə, paytaxtın Nizami rayonunun C.Naxçıvanski küçəsindən Bakı şəhər sakini X.Abdullayevanın "Opel" markalı avtomobilinin qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəxs həmin nəqliyyat vasitəsi ilə birgə saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini Əhməd Zeynallı olduğu müəyyən edilib. Həmin şəxsin paytaxtın Nəsimi rayonu ərazisində 2 avtomobildən akkumulyator və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərinin birindən qəsəbə sakini Ş.Mehralıyevin "Volkswagen" markalı avtomobilinin qaçırılması barədə RPİ-yə məlumat daxil olub. Polis əməkdaşlarının"isti izlər"lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Faiq Möhübov avtomobillə birgə Biləcəri qəsəbəsi ərazisində saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.