Ölkə

Bakının mərkəzində 2 göyrüş ağacı kəsdilər

30 May 2018 17:26
0 Şərh     Baxış: 2 126
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonu, İstiqlaliyyət küçəsi 71B ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

ETSN-dən Milli.Az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı köküstə yaş 40 sm diametrliyində 2 ədəd göyrüş ağacının kəsildiyi və təbiətə 2400 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı akt tərtib olunub və qanun pozucusunun müəyyənləşdirilməsi məqsədilə Bakı şəhər Baş Polis İdarəsinə məktub göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.