Ölkə

Dünən meyiti tapılan Fəridə ... - FOTO

17 May 2018 11:22
22 Şərh     Baxış: 23 335

Xəbər verdiyimiz kimi, "Gilavar" Hava və Ekstrim İdman Klubunun 5 aydır itkin düşən 3 üzvünün (Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə) meyiti tapılıb. 

Milli.Az xəbər verir ki, qafqazinfo bu məqamda aylardır sosial şəbəkələrdə hamının paylaşdığı, müəllifi Fəridə Cəbrayılzadə olan "Bir qızım olsun..." şeirini təqdim edir:

Bir qızım olsun 
Sahib ola bilmədiklərimi ona verə bilim, 
Ola bilmədiklərimi deyim 

Bir qızım olsun 
Necə möhkəm ayaq üstdə dayanmağı öyrədim, 
Əclafların qarşısında üzülməməyi öyrədim. 
Qadın kömək istəyənin dadına çatmaq üçün yumruğunun qaldırar

Bir qızım olsun, 
Söz versin, insanlara tez inanmasın, 
Tez ürəkdən bağlanıb, qucağını açmasın, 
Alət kimi bir gecəlik olmasın, 
Eşq təcrübəsi olsun, bədəninə görə arzulanmasın
Aciz olmasın, sükut etməsin
Yüksəklərdə qanad çırparkən süqut etməsin.

Bir qızım olsun 
Dul qalsa əgər, 
Təhqir olunmağına izn verməsin. 
Başqalarının əmlakı olmadığını bilsin, 
Möminlərin bir saatlıq siğəsi olmadığını bilsin. 

Bir qızım olsun, 
Ona deyim ki, səsinə cəsarət qatsın
Bilsin ki, onun saçlarından kimsəyə zərər olmaz, 
Əgər ana ola bilməsə kişilər ölməz !

Bir qızım olsun
Evli qadına rəhm edə bilsin,
Kişi icazəsi olmadan nəfəs ala bilsin,
İstəyirəm Quşları Qəfəssiz çəkə bilsin. 
Mələk olsun istəmirəm..səhvləri olsun, 
İstəyirəm qadın olsun..qadın ölsün. 

Budur qadınlıq!
Bir qızım olsun 
Bilsin ki, dünya onun üçün yaxşı yer olacaq,
Kimsə qadına şiddətə cəhd etməyəcək.
Kimsə onu incitməyəcək.

Qeyd edək ki, Fəridə 1991-ci ilin martın 15-də Masallı rayonunda anadan olub. 

Allah rəhmət eləsin!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

22 Şərh:

  • Anonim
    Dunya · 17 May 11:24140

    :( Allah rəhmət eləsin:(

    Cavab yaz
    • Anonim
      Cema · 17 May 11:57100

      Allah rəhmət eləsin nur icində yatsin buda onun alin yazisi

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 17 May 11:25140

    ,Allah rehmet elesin heyiff..

    Cavab yaz
  • Anonim
    s · 17 May 11:2690

    Allah rehmet elesin, yeri cennet olsun!

    Cavab yaz
  • Anonim
    Gunel.Quba · 17 May 11:31110

    Allah rehmet elesin.kim bilir evlidi bu xanim?/arzulari ureyinde qalan baci ve qardaslar qebriniz nurla dolsun

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 17 May 11:4331

      Xeyir Quball xanlm subaydl

      Cavab yaz
      • Anonim
        Masalli · 17 May 13:5521

        Evli olub bowanib

        Cavab yaz
  • Anonim
    r77 · 17 May 11:3660

    ALLAH rəhmət etsin. Yeri cənnət olsun.

    Cavab yaz
  • Anonim
    Oxucu · 17 May 11:36184

    Əminəm ki sən belə ana olacaqdın əgər yaşasaydın. Sən qızına bunları öyrədəcəkdin, inanıram ki, belə bir qız böyüdəcəkdin. Amma arzuna çatmadan köçdün bu dünyadan, qız anaları sənin arzularını yerinə yetirsinlər, belə qız böyütsünlər.

    Cavab yaz
    • Anonim
      MM · 17 May 11:4681

      Allah rəhmət eləsin! Çox gözel yazıb...((((

      Cavab yaz
  • Anonim
    QQ · 17 May 11:52142

    Gənc qızım ,körpə qızım sənin və dostlarının həzin xatirəniz qarşısısında baş əyirəm .Ölümünülə tanıtdınız özünqzü Vətəninizdə.Bu gün bu müqəddəs Ramazan ayinin birinci günündə bütün Azərbaycan xalqı sizin ölüm xəbərinizlə sarsıldı.Bu gün bütün dualı dillər sizə Allahdan rəhmət diləyir .Məkanımız cənnət olsun .

    Cavab yaz
  • Anonim
    Xatirə Bayramova · 17 May 11:5380

    ALLAH REHMET ELESİN. HƏMİŞƏ KİMİNSƏ BU CÜR VAXTSIZ VƏ MƏQAMSIZ ÖLÜM XƏBƏRİN ALANDA ANİ OLARAQ BEYNİMDƏN BİR FİKİR KEÇİR: GÖRƏN SON NƏFƏSDƏ KİM VƏ KEÇDİ XƏYALINDAN.

    Cavab yaz
  • Anonim
    Cema · 17 May 11:5540

    Allah rəhmət eləsin

    Cavab yaz
  • Anonim
    ASİ · 17 May 12:0240

    Mekaniniz Cennet olsun. Allah size rehmet elesin

    Cavab yaz
  • Anonim
    asi · 17 May 12:5740

    ((( heyif, çox heyif((..

    Cavab yaz
  • Anonim
    Masalli · 17 May 13:5830

    Allah Rehmet elesin

    Cavab yaz
  • Anonim
    UZAQ DIYAR · 17 May 14:1130

    Yarim qalmish arzular...ALLAH rehmet elesin.!.

    Cavab yaz
  • Anonim
    Daglı · 17 May 15:0644

    Bir ana tabuta qoyulan zaman, Allahın özü də qara geyinər!

    Cavab yaz
    • Anonim
      @ · 17 May 15:5654

      Cahil Cahil danışmayın

      Cavab yaz
  • Anonim
    Aygün · 17 May 17:3910

    Allah Rehmet Elesin Yeri Cənnətdə olsun Amin İnşaAllah Alah Ailesine Sebr Versin Amin İnşaAllah!

    Cavab yaz
  • Anonim
    du er ikke alene · 17 May 18:3500

    cooox pis oldum,ne gozel qizdi,Allah rehmet elesin.Ailelerine sebir versin hamisinin.Yerleri cennet olsun.

    Cavab yaz
  • Anonim
    Yağmur-S · 18 May 01:0510

    Söz tapmaqda çetinlik çekirem,aylardır sizler üçün dua edirdik,ne ise....Allah rehmet etsin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.