Ölkə

Azərbaycana saxta viza ilə gəlmək istəyən 3 əcnəbi saxlanıldı - FOTO

17 May 2018 10:05
1 Şərh     Baxış: 1 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ilin 15 may tarixində DSX əməkdaşlarının sayıq­lığı və pe­­­­şəkarlığı sayəsində 3 xarici vətəndaşın saxta elektron vizalarla Azər­­­­­­bay­can ərazisinə gəlmək cəhdinin qarşısı alınıb.

DSX-dən Milli.Az-a verilən məlumata görə, "Şarja-Bakı" rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı 3 Nepal və­­­təndaşı tərəfindən sərhəd nəzarətinə təqdim etdikləri elektron viza­larının başqa dövlətlərin vətəndaşlarına aid olmaları müəyyən olun­ub.

Sərhəd nəzarəti zamanı təqdim olunmuş sənədlərə laboratoriya şəraitində dərinləşdirilmiş baxış keçirilərkən Nepal vətəndaşı 1952-ci il tə­vəllüdlü Ali Bakhsi Ghodrollahın təqdim etdiyi elektron vizanın İİR vətəndaşı Şahi Ram Bahadurun adına, Nepal vətəndaşı 1993-cü il tə­vəl­lüdlü Khand Satrughmanın təqdim etdiyi elektron vizanın Çexiya vətəndaşı Mozek Ondrejin adına, Nepal vətəndaşı 1991-ci il təvəllüdlü Thapa Sunanın təqdim etdiyi elektron vizanın Böyük Britaniya vətən­daşı Shah Qasım Alinin adına verilməsi aşkar olunub.

Araşdırma zamanı həmin şəxs­lərin Azərbaycan əra­­­­zisindən tranzit isti­fadə et­mək­lə Avropaya qanunsuz miqrasiya et­mək niyyətində olmalarını göstərən hallar aşkar olunub. Belə ki, Ne­pal vətəndaşlarının Azərbaycan Respubli­ka­sının elektron vizasını öz ölkələrində turizm agentliyindən 100 ABŞ dolları ödəməklə əldə et­mə­­ləri, Bakıya turizm məqsədilə səfər etmə­lərini bildirdikləri halda ge­riyə aviabiletlərinin olmaması, şəhərdə qalmaq üçün yer sifariş etmə­mə­ləri müəyyən edil­ib.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq təd­bir­­ləri həyata keçirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.