ABŞ yəhudiləri Azərbaycanı müsəlman ölkələrinə nümunə hesab edir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi Azərbaycanda yaşayan müxtəlif dini icmaların rəhbərlərindən ibarət nümayəndə heyətinin ABŞ-ın Kaliforniya ştatında səfərdədir. Səfər çərçivəsində ABŞ yəhudilərinin ən nüfuzlu dini mərkəzlərindən olan Los Ancelesdəki Sinay Sinaqoqunda Azərbaycanın multikulturalizm və dini tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və Amerika Yəhudi Komitəsinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə 300-dək qonaq, o cümlədən xarici ölkələrin Los Ancelesdə akkreditə olunmuş baş konsulları, yerli yəhudi icmasının nüfuzlu təmsilçiləri, müxtəlif dinləri təmsil edən din xadimləri, seçkili orqanların üzvləri, eləcə də bir çox icmaların nümayəndələri, ictimai-siyasi xadimlər və jurnalistlər iştirak ediblər.
Baş konsulluqdan Milli.Az-a verilən məlumata görə, tədbirin açılışında Sinay Sinaqoqunun kantoru Liza Peykot tərəfindən Azərbaycan himninin ifası böyük rəğbətlə qarşılanıb.
Sinaqoqun ravvini Erez Şerman qonaqları salamlayaraq, belə bir əlamətdar tədbirə ev sahibliyi etməkdən məmnunluq duyduqlarını ifadə edib. O, 2015-ci ildə sinaqoqun böyük nümayəndə heyətinin Azərbaycana səfərini qeyd edərək, Azərbaycandakı dinlərarası tolerantlığın bütün qonaqlara yüksək təsir bağışladığını vurğulayıb.
Sonra çıxış edən Amerika Yəhudi Komitəsinin (AYK) Los Anceles nümayəndəliyinin sədri Skot Edelman Azərbaycanın bütün müsəlman dünyasında oynadığı nümunəvi rolu xüsusi vurğulayaraq, AYK ilə Azərbaycan arasında qurulmuş sıx dostluq əlaqələrinə yüksək önəm verdiklərini bildirib. S.Edelman ölkəmizdə müxtəlif dinlərin və xalqların dinc birgə yaşamasının, eləcə də uzun əsrlərdən bəri Azərbaycanda mövcud olan yəhudi icmasına göstərilən münasibətin yüksək səviyyədə olmasının Amerika yəhudiləri arasında böyük rəğbət doğurduğunu vurğulayıb. O, Azərbaycanın tolerantıq modelinin bu gün Los Ancelesdə Sinay Sinaqoqu və Azərbaycanın Baş Konsulluğu ilə birgə təqdim olunması kimi gözəl bir layihədə oynadığı roldan AYK-nin şərəf duyduğunu bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək, tolerantlığın ölkəmizdə çox möhkəm təməl sütunları, zəngin ənənələrinin mövcud olduğunu qeyd edib. O, Azərbaycanda 31-i qeyri-islam olmaqla, 809 dini icmanın dövlət qeydiyyatına alındığını vurğulayıb. M.Qurbanlı ölkəmizdə İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Komitə sədri bildirib ki, məhz bu ənənələrin daha geniş təbliği üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı il "Multikulturalizm İli", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib və bu illər çərçivəsində DQİDK və Qafqaz Müsəlmanları İdarəsi həm müsəlman, həm də qeyri-müsəlman ölkələrində bir sıra birgə tədbirlər həyata keçirib. DQİDK sədri xüsusilə bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli və geniş proqramlardan söz açıb. M.Qurbanlı qeyd edib ki, bu proses bu il də davam etdirilir. Belə ki, xüsusi olaraq Dinlər və Mədəniyyətlərarası Əməkdaşlıq Mərkəzi yaradılıb və bu Mərkəz vasitəsilə qarşıdakı müddətdə Almaniya, İspaniya və Azərbaycanda müvafiq tədbirlər keçiriləcəkdir.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev isə çıxışında ölkəmizdə mövcud olan zəngin tolerantlıq irsindən bəhs edərək, qədim dövrlərdən bəri Azərbaycanda bütün xalqlar və dinlər arasında mehriban qardaşlıq əlaqələrinin hökm sürdüyünü qeyd edib. Diplomat Sinay Sinaqoqu və Amerika Yəhudi Komitəsi ilə Los Ancelesdə yaradılmış möhkəm dostluq münasibətlərinin ölkəmiz üçün yüksək önəm daşıdığını və bunun Azərbaycanın dinlərarası tolerantlıq modelinin ABŞ-da təbliği işinə yüksək töhfə verdiyini bildirib.
Sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və Rus Provaslav Kilsəsinin Bakı Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev Azərbaycanın tarixi tolerantlıq və multikulturalizm ənənələrindən danışaraq, bu ənənələrin artıq ölkəmizdə dövlət siyasəti səviyyəsinə yüksəldildiyini vurğulayıblar. Natiqlər Azərbaycanda uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını diqqətə çatdırıblar.
Sonra tədbir iştirakçıları və media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Müxtəlif media qurumlarını təmsil edən jurnalistlər Azərbaycan tolerantlığı barədə geniş bilgilər əldə ediblər.
Çıxışlardan sonra DQİDK tərəfindən çəkilmiş Azərbaycanın multikulturalizm ənənələrindən bəhs edən qısa film nümayiş etdirilib, Los Ancelesdə fəaliyyət göstərən pianoçu Ceyson Abramsın ifasında Azərbaycan musiqisi təqdim olunub.
Sonda təbdir iştirakçıları Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə həsr olunmuş foto-sərgi ilə tanış olublar.
Tədbir qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Yusif Nəsirli
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rusiyada toyda dəhşət: Bəyi ürəyindən vurdular
-
Masallıda faciə: Çaya tullanan gənc yaralanıb öldü
-
Bayılda meyit tapıldı
-
Naxçıvanda yeni nazir müavini təyin olundu
-
Kirayədən çıxarıldığı üçün 12 milyona ev aldı
-
"Amay"ın qarşısında kişinin başına daş düşdü
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxış edib - (Foto)
-
Şəmsi Səmədzadə azadlığa buraxıldı
-
Hollivud ulduzlarının telefon nömrələrini paylaşdılar
-
Rumıniya Moskvadakı səfirini geri çağırıb
-
Sosial şəbəkələrdə yayılan görüntülərə TƏBİB cavab verdi
-
Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır
-
"Toplum TV" işi üzrə hökm oxundu
-
Keçmiş məcburi köçkünə 1 otaqlı mənzil verilib? - Rəsmi açıqlama
-
Azərbaycanda 2 mindən çox əlilliyi olan şəxs işlə təmin edilib
-
51 yaşlı "50 Cent" uzun zaman sonra görüntüləndi - (Video)
-
55 rayon və şəhəri əhatə edən yoxlama başa çatdı
-
7 uşaqlı ananın inəyi üçün göz yaşları hamını kövrəltdi - (Video)
-
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
-
Can Tomay narkotikə görə saxlanıldı
-
MEDİA İranın qərarına reaksiya verdi
-
Maykl Olize 12 milyonluq mülk aldı
-
Bakıda güclü külək binanın damını uçurdu - (Video)
-
Hövsanda dənizdə 4 nəfər batdı - 3-ü xilas edildi, 1-i öldü





