Gedəcək yeri olmayanlara şad xəbər... - Bakıda yeni sığınacaq - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaşayış yeri olmayan şəxslər və baxımsız uşaqlar üçün yeni sosial xidmət müəssisələri fəaliyyətə başlayıb.
Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev verib. O bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaradılmış Sosial Sığınacaq 50 yerlikdir və müasir tələblərə uyğun qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, komputer və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana və s. fəaliyyət göstərir:
"Məlum olduğu kimi, son illərdə qış mövsümündə qarlı-şaxtalı, çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda müəyyən yaşayış yeri olmayan, yaxud hava şəraiti ilə əlaqədar yaşayış yerinə getməkdə çətinlik çəkən şəxslərin müvafiq təşəbbüs əsasında müvəqqəti sığınacaqla təmin olunması işləri aparılıb. Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslərin qəbulu üçün daxili işlər orqanları, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən Fonda müraciət olunur. Müraciətə əsasən şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsinə olan tələbatı qiymətləndirilir və onun müəssisəyə qəbul edilməsi, yaxud bundan imtina edilməsi barədə qərar qəbul olunur.
Sosial Sığınacağa qəbul edilməsi barədə müraciət edilmiş şəxslər ilkin tibbi müayinədən keçirilirlər. İlkin tibbi müayinə zamanı sağlamlığı aşkar şübhə doğuran şəxslər stasionar müalicə müəssisəsinə (ixtisaslaşdırılmış müalicə müəssisəsinə) göndərilir, yoluxucu xəstəlikləri olanlar isə müəssisəyə qəbul edilmirlər. Reabilitasiya prosesi başa çatmış şəxslər müəssisədən çıxarılırlar və onların sənədləri qanunvericiliklə müəyyən olunmuş qaydada müəssisədə arxivləşdirilir. Ümumilikdə, müvafiq şəxslərin müəssisədə qalma müddəti 180 gündən çox olmamaqla müəyyən edilib, lakin şəxsin ərizəsinə əsasən və ya Sosial Sığınacağa qəbul edilmiş şəxs tərəfindən daxili nizam-intizam qaydaları pozulduqda o, müəssisənin direktorunun əmri ilə vaxtından əvvəl Sosial Sığınacaqdan çıxarıla bilər. Saxlanma müddəti başa çatmış şəxsin əlilliyi vardırsa və ya pensiya yaşına çatmış şəxsdirsə, o öz arzusu ilə digər ixtisaslaşdırılmış sosial xidmət müəssisəsinə göndərilə bilər.
Şöbə müdiri əlavə edib ki, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar uşaqların müəssisəyə qəbulu şəxslərin və aidiyyəti dövlət orqanlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciəti üzrə baxılır. Uşağın müəssisədə qalma müddəti 90 gün olsa da , onun müəssisəyə yerləşdirilməsi səbəbindən, onun şəxsiyyətinin müəyyənləşdirilməsi, ailəsi və qohumları haqqında məlumatların təmin edilməsi prosedurlarından asılı olaraq bu müddət 180 günədək uzadıla bilər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Flora Kərimova ilə qohum olan müğənni: "Onun babası soyadı QORUYA BİLMƏYİB"
-
TƏBİB-in tibb müəssisələrinə yüksək vəzifəyə TƏYİNATLAR - KİMLƏRDİR? - FOTO
-
Həcc səfərlərinin qrafiki və uçuş detalları açıqlandı
-
Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
-
WUF13-ə 32 mindən çox iştirakçı qatılacaq
-
Əməkdar artistin xanımı xəstəxanaya yerləşdirildi
XƏBƏR LENTİ
-
"Qalatasaray"ın ulduzuna yumruqlu HÜCUM - Anbaan VİDEO
-
İtaliya klubunu 119 ildən sonra Avropa kuboku zonasına çıxardı
-
Flora Kərimova ilə qohum olan müğənni: "Onun babası soyadı QORUYA BİLMƏYİB"
-
TƏBİB-in tibb müəssisələrinə yüksək vəzifəyə TƏYİNATLAR - KİMLƏRDİR? - FOTO
-
Qurban Qurbanov Elvin barədə son qərarını VERDİ
-
Həcc səfərlərinin qrafiki və uçuş detalları açıqlandı
-
Onlar universitetlərə imtahansız qəbul ola BİLƏCƏKLƏR
-
Əraqçi Ceyhun Bayramovu danışıqlar prosesi barədə məlumatlandırıb - YENİLƏNİB
-
Bakıda və Sumqayıtda böyük narkotik əməliyyatı -Saxlanılanlar var
-
Rusiyada daha bir neft bazası vuruldu: Yaralananlar var
-
Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
-
Tramp Pekinə onunla birlikdə getdi
-
WUF13-ə 32 mindən çox iştirakçı qatılacaq
-
Əməkdar artistin xanımı xəstəxanaya yerləşdirildi
-
Ona verilən pulu aparıcı Mətanətə VERDİ - VİDEO
-
Yay istisi GƏLİR - Hava 31 dərəcə olacaq - PROQNOZ
-
Bakıda keçiriləcək WUF13 biznesə geniş fürsətlər təqdim edir
-
WUF13-də Azərbaycanın pavilyonu 1500 kvadrat metr olacaq
-
Ölkə üzrə qurbanlıq məntəqələr müəyyənləşdi - TAM SİYAHI
-
UEFA-dan "Fənərbağça"ya milyonluq CƏRİMƏ
-
Nəriman görün nə qədər maaş ALIRMIŞ
-
Parklanma problemi narazılıq yaratdı - Nişan görünmür, cərimə yazılır - İDDİA
-
Bakıda günlərdir divarın arasında qalan pişiklər belə XİLAS OLUNDU - VİDEO
-
Prezident İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - VİDEO - FOTO





