"Azərbaycanda ralli yarışları da keçirmək olar" - Çempion
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda ralli yarışlarının keçirilməsi üçün gözəl şərait yaradır və məncə burada belə yarışlar keçirmək olar.
Bunu Milli.Az-ın sualını cavablandıran "KAMAZ-master" komandanın pilotu, Rusiya Federasiyasının əməkdar idman ustası, "Dakar 2015" rallisinin qalibi və "İpək Yolu"" rallinin ikiqat qalibi Ayrat Mardeyev bildirib.

Bakıda ilk dəfədir səfərdə olan "KAMAZ-master"in pilotu Azərbaycana heyran olduğunu deyib: "Bakı çox xoşuma gəldi. Füsunkar ölkə, gözəl şəhərdir. Bakının memarlığı adamı heyran edir. Gözəl memarlığı olan Heydər Əliyev Mərkəzi qeyri-adi dərəcədə əla yerdir".

Çempionun sözlərinə görə, Azərbaycanın relyefi burada ralli yarışlarının keçirilməsinə da imkan verir: "Mən bir az Bakının ətrafını dolaşdım. Öz yerləşməsi və relyefinə görə, burada ralli yarışlarının keçirilməsi üçün tam imkan var. Sadəcə hər şey insanlardan, federasiyadan, hökumətdən asılıdır. Siz artıq 2 ildir ki, Bakıda Formula 1 yarışlarını keçirirsiz. Bu ən bahalı idman növüdür. Bilirəm ki, bunun üçün lisenziya almaq da asan deyil. Ona görə də sizə afərin! Bakı trası baxımlılığına görə çox unikaldır. Əgər belə davam etsəniz, burada nəinki Formula 1, başqa böyük idman yarışlarını da inkişaf etdirmək olar. Üstəgəl, uşaq avtoidmanını da dəstəkləmək lazımdır. Çünki kartinqin olması çox vacibdir. Bütün pilotlar məncə elə bundan başlayırlar".

Qeyd edək ki, "KAMAZ-master" ralli yarışlarında iştirakda ixtisaslaşan avtomobil yarış komandasıdır. Komanda "KamAZ" markasının avtomobillərində çıxış edir. "KAMAZ-master" ekipajları 14 dəfə "Dakar" rallisinin qalibi olublar. Onlar idman yük maşınları sinfində dünya avtoidmanının ən güclü komandası kimi tanınır. Komandanın tərkibinə Dünya Kubokunun 5 sahibi, beynəlxalq dərəcəli 8 idman ustası daxildir.
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Fərhad Mehdiyevin qızı qəzada həlak oldu - Yenilənib - FOTO
-
Xocəsən gölü daşdı, evləri su basdı: Bələdiyyədən açıqlama - VİDEO
-
Avtobusda qeyri-etik görüntülər: Saxlanılan var - VİDEO
-
Anasından Ramal İsrafilova bahalı hədiyyə - FOTO
-
Sürücülərin nəzərinə: "Bonus-Malus" ləğv olundu, yeni sığorta qaydaları nələri dəyişir?
-
Uğurun yerinə Burak Özçivit gətirilir
XƏBƏR LENTİ
-
Pomidor yeyərkən iki dəfə düşünün
-
Fərhad Mehdiyevin qızı qəzada həlak oldu - Yenilənib - FOTO
-
Fransa millisi dünya çempionatına qələbə ilə başlayıb - YENİLƏNİB
-
Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə Brunonu gətirir
-
Xocəsən gölü daşdı, evləri su basdı: Bələdiyyədən açıqlama - VİDEO
-
Avtobusda qeyri-etik görüntülər: Saxlanılan var - VİDEO
-
Anasından Ramal İsrafilova bahalı hədiyyə - FOTO
-
Sürücülərin nəzərinə: "Bonus-Malus" ləğv olundu, yeni sığorta qaydaları nələri dəyişir?
-
Uğurun yerinə Burak Özçivit gətirilir
-
İsveçrənin vitse-prezidenti erməni revanşistə yerini göstərib
-
“Atam tez gəl desə də, son nəfəsinə çata bilmədim” - Anar Heybətovla müsahibə
-
Günün qoroskopu: Gözlənilməz xərclər büdcənizi sarsıda bilər
-
Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın
-
Roberto Martines millini tərk etməyə hazırlaşır
-
"İçən adam idi, çox vaxt aptek spirti içirdi"
-
Ruben Amorim "Milan"ın baş məşqçisi oldu
-
Gəncədə müğənni qəzaya düşdü - FOTO
-
Sabah Xətai rayonunda qaz olmayacaq
-
Ozan Akbabanın doğulduğu ev - FOTO
-
“Yarqunat”la Dağların toyu oldu - VİDEO
-
Bəzi sürücülər kəmər taxmaya bilər
-
Paşinyan: Artıq bunu gizlətmək istəmirəm
-
“Qısa müddətdə formaya düşməliyik” - Qurban Qurbanov
-
Mirələm atasının vəfatından sonra belə görüntüləndi - FOTO





