Ölkə

Xırdalanda binada yanğın: sakinlər təxliyə edildi

24 İyul 2017 09:14
0 Şərh     Baxış: 1 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 69 m2 olan, təmir işləri aparılan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 m2 sahədə yanıb.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib.
 
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.