PPX əməkdaşı yol hərəkəti qaydasını pozana protokol tərtib edə bilər?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətəndaş-polis münasibətləri heç vaxt rəvan olmayıb. İstər Azərbaycanda, istərsə də xarici ölkələrdə... Bəzi hallarda münasibətlərdəki gərginlik o həddə çatır ki, polis zor tətbiq etmək məcburiyyətində qalır. Bir çox hallarda münasibətlərin gərginləşməsi vətəndaşın qaydaları pozmasından irəli gəlir...
Məsələn, götürək yollarımızı... Müşahidələr göstərir ki, bəzi sürücü və piyadalar polisin varlığına məhəl qoymadan, kobud qayda pozuntusuna yol verir.
Bu məsələdə bir məqam da diqqət çəkir. Yollarda qanunlara sayğısızlıq göstərən sürücü və ya piyadalar nədənsə yol polisini görəndə özünü yığışdırır, amma post-patrul xidmətinin əməkdaşları olan yerlərdə "qaydalar onları pozmaq üçün yazılıb" prinsipi ilə hərəkət edir. Elə bu baxımdan yol polisləri vətəndaşın yanında loru dillə desək, daha "avtoritetli" sayılır, nəinki adi polis əməkdaşı... Bəlkə burada adi polis işçisinin də günahı az deyil. Çünki sürücü yol polisi olmayan yerdə kobud qayda pozuntusu edir, bunu kənardan görən post-patrul xidmətinin əməkdaşı isə olaya göz yumur.
Bəs əslində necə olmalıdır, post-patrul xidməti əməkdaşı yol hərəkəti qaydasını pozan sürücü və ya piyadanı saxlayıb, ona protokol tərtib edə bilərmi?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev modern.az-a açıqlama verib.
Bölmə rəisi bildirib ki, post-patrul xidmətinin əməkdaşı yol hərəkəti qaydasını pozan sürücü və ya piyadanı saxlayıb, ona protokol tərtib edə bilməz.
"Əgər sürücü ciddi qayda pozuntusu edibsə, insanların həyatına təhlükə yaradan hallar olarsa, post-patrul xidmətinin əməkdaşı həmin sürücünü saxlayıb əraziyə post-patrul xidmətinin əməkdaşı çağıra bilər. Həmin qayda pozuntusu ilə bağlı da yalnız yol-patrul xidmətində çalışan əməkdaş inzibati xəta ilə bağlı protokol tərtib edə bilər".
K.Əliyev deyib ki, sürücü yol hərəkəti qaydasını pozduqda bunun şahidi olan adi polis əməkdaşı hadisə ilə bağlı yol polisinə məlumat verə bilər.
"Qayda pozuntusu ilə bağlı protokolu isə ancaq yol-patrul xidmətinin əməkdaşı tərtib edə bilər. Amma burada bir nüans var. Əgər post-patrul xidmətinin əməkdaşı rayon Polis şöbəsi rəisinin əmri ilə müvəqqəti olaraq vakant yol patrul xidməti təyin edilibsə, ezam olunubsa, o zaman qaydanı pozan sürücüyə inzibati xəta haqqında protokol yaza bilər. Başqa hallarda isə ixtiyarı yoxdur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır
-
Prezident İlham Əliyev: Şəhərsalma elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik
-
Azərbaycan Prezidenti: Bu gün qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk
-
Prezident İlham Əliyev: Bakı həm qədimlik, həm də yenilik baxımından göstərir ki, biz tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq
-
Yermak azadlığa buraxıldı
-
Prezident İlham Əliyev: Ölkəmizə ilk dəfə səfər edən qonaqlar Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar





