“ASAN xidmət” BMT-nin Ekspertlər Komitəsinin sessiyasında müzakirəyə çıxarıldı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
13-17 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında səfərdədir. Məqsəd Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-York şəhərində yerləşən mənzil qərargahında İqtisadi və Sosial Şuranın Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) 25-ci sessiyasında iştirakdır.
Milli.Az xəbər verir ki, səfər çərçivəsində Dövlət Agentliyi və BMT-nin müvafiq departamentinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında 2024-cü il 11 noyabr tarixində imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq naminə dövlət xidmətlərinin göstərilməsində mükəmməllik" mövzusunda tədbir baş tutub.
Tədbirə BMT-yə üzv dövlətlərin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbər şəxsləri, üzv dövlətlərin BMT yanında daimi nümayəndələri və müavinləri, beynəlxalq təşkilatların rəsmiləri, BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin üzvləri və akademik dairələrin nümayəndələri olmaqla ümumilikdə 120-yə yaxın iştirakçı qatılıb.
Əsas məqsəd "ASAN xidmət"də tətbiq olunan innovativ həllər, "ASAN xidmət indeksi" qiymətləndirmə sistemi barədə məlumatın verilməsi, həmçinin BMT-yə üzv dövlətlərin nümayəndələri tərəfindən dövlət xidmətləri sahəsində həyata keçirilən təşəbbüslər barədə təcrübə mübadiləsinin həyata keçirilməsi olub.
Azərbaycan Republikasının BMT yanında daimi nümayəndəsi Tofiq Musayev dövlət xidmətlərinin göstərilməsi və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında "ASAN xidmət" modelinin xüsusi əhəmiyyətini qeyd edib. "ASAN xidmət" təcrübəsinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görüldüyü və BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində ölkəmizin təşəbbüsü ilə "Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi" adlı qətnamənin qəbul edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua tədbir iştirakçılarına ünvanladığı müraciətində "ASAN xidmət" modelinin dövlət xidmətlərinin keyfiyyətinin artırılmasında nümunəvi təcrübə olduğunu vurğulayıb. Eləcə də, o, Töhfə Sazişinin icrası çərçivəsində həyata keçirilən layihələri yüksək qiymətləndirib və az inkişaf etmiş, dənizə çıxışı olmayan inkişaf etməkdə olan və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin müvafiq istiqamətlər üzrə potensialının artırılmasında verilən töhfəyə və göstərilən dəstəyə görə Azərbaycan Respublikasına təşəkkürünü bildirib.
Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunmuş "ASAN xidmət" modeli və "ASAN xidmət indeksi" qiymətləndirmə sistemi barədə geniş təqdimat edib. O, "ASAN xidmət indeksi" qiymətləndirmə mexanizminin şəffaflığın, səmərəliliyin və vətəndaş məmnuniyyətinin yüksəldilməsinə mühüm töhfə verdiyini qeyd edib. Bununla yanaşı, müvafiq mexanizmin BMT-yə üzv digər dövlətlərdə də tətbiqi istiqamətində əməkdaşlığa hazır olunduğunu diqqətə çatdırıb və hazırda "ASAN xidmət" təcrübəsinin bir sıra ölkələrdə uğurla tətbiq olunduğunu vurğulayıb.
Tədbir çərçivəsində BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisinin direktoru, BMT-nin İqtisadi və Sosial Məsələr üzrə Departamentinin bölmə rəhbəri, İslam Əməkdaşlıq Təkilatının BMT yanında daimi müşahidəçisi, Özbəkistanın, İndoneziyanın, Pakistanın, Keniyanın və Efiopiyanın BMT yanında daimi nümayəndələri və müavinləri, Macarıstanın Dövlət İdarəçiliyi və Regional İnkişaf Nazirliyinin dövlət katibinin müavini, eləcə də BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin 25-ci sessiyasının sədri çıxış ediblər.
Çıxışçılar ölkəmizin dövlət xidmətləri sahəsindəki qabaqcıl təcrübəsinin paylaşılmasının qlobal səviyyədə faydalı olacağını vurğulayıblar.
Dövlət Agentliyinin nümayəndə heyətinin Nyu Yorka səfəri davam edir.\
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)
XƏBƏR LENTİ
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)
-
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Frank Riberi məşqçiliyə başlayır
-
Müğənni Sevda çimərlik geyimində videosunu paylaşdı
-
Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artdı
-
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi
-
Qızıl yenidən bahalaşdı
-
Mert Günok Türkiyə millisindən ayrıldı
-
Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi





