Ölkə

Məğlubiyyətimizin səbəbi: Alimlərin vahid qüvvəyə çevrilə bilməməsi və hazırlıqsız olmaları idi

11 Fevral 2026 11:32
Baxış: 559
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"90-cı illərdə məğlubiyyətimizin səbəblərindən biri də bütün sahələrdə olduğu kimi alimlərimizin də Ermənistanla müharibəyə hazırlıqsız yaxalanmaları oldu. Onlar vahid qüvvəyə çevrilə bilməmişdi".

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Rəqəmsallıq və sosial informasiyanın inkişaf dinamikası" mövzusunda Respublika elmi konfransı deyib.

Onun sözlərinə görə, elmi səfərbərlik yalnız Ulu öndərin hakimiyyətə qayıdışı ilə başlandı.

Deputat qeyd edib ki,  1993-cü il sentyabrın 21-də Akademiyaya gələn lider ölkəmizin xaosdan çıxarılmasında bir zamanlar yetişdirdiyi alimlərə güvəndiyini göstərdi:

"Ulu öndər elmi müstəqil dövlət quruculuğunun tükənməz sərvəti, milli mədəniyyətin və intellektual kimliyin özülü, iqtisadi və siyasi  təhlükəsizliyin qarantı, düşmənlə savaşda güclü ordu sayırdı".

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.