"90-cı illərdə məğlubiyyətimizin səbəblərindən biri də bütün sahələrdə olduğu kimi alimlərimizin də Ermənistanla müharibəyə hazırlıqsız yaxalanmaları oldu. Onlar vahid qüvvəyə çevrilə bilməmişdi".
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Rəqəmsallıq və sosial informasiyanın inkişaf dinamikası" mövzusunda Respublika elmi konfransı deyib.
Onun sözlərinə görə, elmi səfərbərlik yalnız Ulu öndərin hakimiyyətə qayıdışı ilə başlandı.
Deputat qeyd edib ki, 1993-cü il sentyabrın 21-də Akademiyaya gələn lider ölkəmizin xaosdan çıxarılmasında bir zamanlar yetişdirdiyi alimlərə güvəndiyini göstərdi:
"Ulu öndər elmi müstəqil dövlət quruculuğunun tükənməz sərvəti, milli mədəniyyətin və intellektual kimliyin özülü, iqtisadi və siyasi təhlükəsizliyin qarantı, düşmənlə savaşda güclü ordu sayırdı".
Mina Mikayılova
Milli.Az