Ölkə

Sumqayıtda zavodda partlayış - Yaralılar var

20 May 2025 13:06
Baxış: 2 671
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib. 

Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

İlkin məlumata əsasən, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.