"Kvotadan əlavə iş yerlərinin yaradılması "Kvotadan əlavə iş yerlərinin yaradılması Qaydası" təsdiq edilib.
Milli.Az xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, "Kvota şamil edilməyən müəssisələrin siyahısı" ilə müəyyən edilmiş kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün idarə, müəssisə və təşkilatlar (bundan sonra - işəgötürənlər) kvotadan əlavə yaratdıqları iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi ilə bağlı bu Qaydaya uyğun olaraq müraciət edə bilərlər.
İşəgötürənlər kvotadan əlavə yaratdıqları iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi məqsədilə yeni iş yeri yaratmalı və Qanunun 18.3-cü maddəsinə uyğun olaraq həmin iş yeri ilə bağlı məlumatları vakansiya bankına təqdim etməlidirlər.
Hər bir işəgötürən üzrə kvotadan əlavə iş yerlərinin sayı işəgötürən üçün müəyyən edilmiş kvota miqdarınadək, lakin 15 (on beş) iş yerindən çox olmamalıdır.
Milli.Az