Ölkə

Salyan sakini Bakıda bağ evində faciəvi şəkildə öldü

9 Dekabr 2024 13:51
Baxış: 872
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda bağ evində ölüm hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə, hadisə Pirallahı rayonunda qeydə alınıb.  

Rayon ərazisində yerləşən bağ evlərindən birində ölüm hadisəsinin olması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Daxil olan məlumat əsasında həyata kçirilən araşdırmalar nəticəsində məlum olub ki, Salyan rayon sakini 1981-ci il təvəllüdlü Kamil Yasib oğlu Məmmədov bağban işlədiyi  Dübəndi bağlar sahəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. 

Faktla bağlı rayon Prokurorluğundan araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.