ADA Universitetində dəyirmi masa keçirilib - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ADA Universitetində "İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi" mövzusunda dəyirmi masa keçirilib.
Milli.Az xəbər verir ki, dəyirmi masada Türkiyə və Azərbaycan parlament nümayəndələri ictimai diplomatiyada parlamenti rolu barədə müzakirələr aparılıb.
Dəyirmə masa çərçivəsində "Parlamentlərin ictimai diplomatiyada rolu" və "Parlamentlərin fəaliyyətində rəqəmsal texnologiyalar və kütləvi informasiya vasitələrinin rolu" adlı panel müzakirələr baş tutub.
"İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi" adlı beynəlxalq dəyirmi masa müzakirəsi zamanı Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib ki, Azərbaycan və Türkiyə arasında dostluq inkişaf etdikcə hər iki dövlət beynəlxalq münasibətlər sistemində daha ciddi rol oynamaq imkanı qazanırlar. Öz gücümüzü daha inamla dünyaya nümayiş etdirmək imkanı qazanmışıq.
"Bugünki tədbirdə dostluq və qardaşlığımızın bir ifadəsidir. Parlament sadəcə olaraq, qanunları qəbul etmək üçün deyil, eyni zamanda dövlətlər arasında əlaqələrin və münasibətlərin inkişaf etməsi üçün böyük əhəmiyyət kəsb edir.
İkinci Dünya Müharibəsindən sonra dünya nizamını möhkəmləndirmək üçün yaradılan beynəlxalq münasibətlər sistemi hazırda yeni dünya reallıqlarına lazımınca cavab verə bilmir. Düşünürəm ki, dünya bu reallığı qəbul etməyə məcburdur", - o deyib.
Öz növbəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay "İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi" adlı beynəlxalq dəyirmi masa müzakirəsi zamanı qeyd edib ki, Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdi. Lakin bəzi dairələr elə bir propaqanda apardılar ki, sanki o torpaqlar Azərbaycanın deyildi.
"ATƏT-in Minsk Qrupu 30 il ərzində Azərbaycan üçün ədaləti bərpa etmədi. İndi Azərbaycan və Ermənistan danışıqlar aparır. Üçüncü tərəflər sülhə təşviq etmədiyi müddətcə onların arasına girməməlidir. Ermənistanı silahlandıraraq sülh danışıqlarına zərər verməməlidirlər. Parlamentlərarası əlaqə Azərbaycan və Türkiyə dostluğuna mühim töhfə verir",- deyə o bildirib.
Qeyd edək ki, bu gün Milli Məclisdə "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda beynəlxalq parlament konfransı keçirilib.
Tədbirdə 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib.
Konfransda dünyada gedən proseslərdə parlamentlərin rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının imkanları, parlament müstəvisində aparılan müzakirələrin dünyadakı müasir çağırışlara verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Təbii qazın qiyməti artdı
-
Kıvanç Tatlıtuğun qarınlı halı süni intellekt deyilmiş... (Video)
-
Diktə edəcək kimsə yoxdur: Bakı özgə qərarlar dövrünü bağladı
-
Akif Beybutov vəfat etdi
-
İsmayıl Qartal qəzaya düşdü
-
Selin dağıtdığı körpünün yerində yenisi inşa edildi
-
Hazırda tıxac olan yolların siyahısı
-
Azərbaycanda bu valyuta bahalaşdı - Rəsmi
-
Şan balı yoxsa süzmə bal? Mütəxəssislər ən faydalısını açıqladı
-
"Allah rəhmət eləsin" demək bu qədər çətindir?" - Ozan Güven
-
Zeytun yağını qazın yanında saxlamayın
-
Hər gün banan yemək qan təzyiqinə necə təsir edir?
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə start verilib - (Foto)
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür





