Ölkə

"BQXK müntəzəm olaraq Bakıda həbsdə olan erməni əsilli şəxslərə baş çəkir"

7 Oktyabr 2024 16:00
Baxış: 241
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları müntəzəm olaraq Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə baş çəkir.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O bildirib ki, sonuncu dəfə belə başçəkmə sentyabr ayında olub.

"Belə başçəkmələr zamanı Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları saxlanma şəraiti, saxlanılan şəxslərlə rəftarla maraqlanır və həmçinin də ailə əlaqələrinin bərpası üçün şərait yaradır. Görüşlər zamanı saxlanılan şəxslərlə təkbətək görüşülür və onlara imkan yaradılır ki, ailələrinə ismarıclar yaza bilsinlər", - deyə o qeyd edib.

Qeyd edək ki, avqust ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş çəkiblər. Saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağın erməni separatçılarının "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, "xarici işlər naziri" olmuş David Babayan, eləcə də "parlament sədri" olmuş David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və "dövlət naziri" olmuş Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.