Bakının bu ərazisində sənədsiz 100 minə ev alanların PULLARI BATACAQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının mərkəzinə yaxın məsafədə yerləşən evlər ucuz qiymətə kütləvi satılır. Söhbət paytaxtın Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən köhnə tikililərdən və fərdi evlərdən gedir. Ərazidə 1 otaqlı evlərin qiyməti 65 - 68, ikiotaqlılar 75-100 min manat arasında dəyişir.
Sahəsi 120 kvadratmetrdən başlayan mənzillərdə ucuzlaşma var. Elan saytlarında Bayıl və "20-ci sahə" adlanan ərazilərdə münasib qiymətə satışa çıxarılan həyət evləri kifayət qədər çoxdur. Məsələn, elanların birində sahəsi 140 kvadratmetr olan dördotaqlı həyət evinin satış qiyməti 85 min manatdır. Digər bir elanda isə 3 sot ərazidə tikilmiş 3 otaqlı, 85 kvadratmetrlik evin dəyəri 70 min manat təşkil edir.
Ekspertlər bildirib ki, evlərin satış sayının çoxalması əmlakların statusu ilə bağlıdır. Satışa çıxarılan evlərin əksər hissəsində çıxarış ümumiyyətlə yoxdur, bəzilərində isə sadəcə əvəzedici sənədlər mövcuddur. Həmçinin, qeyd edilir ki, Bayıl və "20-ci sahə" massivi Bakının baş planına əsasən söküntüyə cəlb olunacaq.
Milli.Az bildirir ki, mövzu ilə bağlı Referans.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, hazırda Azərbaycanda mülkiyyət hüququnu təsdiq edən sənəd yalnız çıxarışdır. Qanunla yalnız çıxarışlı mənzili, əmlakı almaq və ya satmaq olar:
"Qanundan kənar hərəkətlər problemlər və risklə bağlıdır. Vaxtilə qeyd edilən ərazilərdə gecəqondu şəklində evlər ərsəyə gətirilib. Ən çox Sovet dövrü vaxtı və bundan sonrakı dövrdə buna təsadüf oldu. Sovet höküməti ona görə buna göz yumurdu ki, bu kimi ərazilər tədricən plana düşürdü və yeni ərsəyə gəlmiş binalarda vətəndaşların mülkiyyət hüququnu təsdiq edən sənədlər onlara verilirdi. Kütləvi şəkildə Qaraçuxur qəsəbəsi, Razin qəsəbəsi və Yasamal ərazisində hökümət söküntü işləri aparırdı, yerində doqquz və beşmərtəbəli binalar tikirdi. Sovet höküməti dağılandan sonra dolayı yollarla müxtəlif, ucuz əmlaklar ərsəyə gəldi. Məcburi köçkünlər gələndə bəzi yerlərdə gecəqondu kimi evlər tikməyə başladılar. Daha sonrakı dövrlərdə işbazlar qanunsuz şəkildə bu kimi evləri tikməyə başladılar. Əhalinin sayı artırdı, pul qazanmağa maraq vardı, işbazlar belə gecəqondu kimi evləri tikib insanlara satırdılar. Bələdiyyələr isə ilkin qeydiyyat sənədləri ilə iş həyata keçirirdilər ki, sonradan vətəndaşda ən azı ilkin hüquq yaransın".
Ekspert deyir ki, son 3 -4 il ərzində daşınmaz əmlakın qiyməti fantastik şəkildə bahalaşıb, vətəndaşlar üçün daşınmaz əmlak əlçatmaz olub. İnsanlar qiymət baha olduğuna görə məcbur olub bu kimi evləri alırlar, təlabat yaranıb. Sonradan da bu hallar riskə çevrildi, işbazlar da bundan süi - istifadə edir.
Müsahib deyir ki, əgər sabah vətəndaşın əmlakı söküntüyə getsə, o "havada qalacaq". Çünki onun əmlakı heç bir dövlət sənədi ilə tanınmır. Bunun özü qanun pozuntusudur. Sabah mülk plana düşsə, vətəndaşın itirilən mülkü heç bir qurumdan tələb etmək şansı olmayacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Tanınmış iş adamı vəfat etdi
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)





