Ölkə

Avtomobillə qəsdən vurularaq öldürüldü, cinayət işi açıldı

21 Sentyabr 2024 21:09
Baxış: 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 21-də saat 19 radələrində Yevlax rayonu ərazisində 1985-ci il təvəllüdlü Elvin İbrahimovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Milli.Az xəbər verir ki, Yevlax rayon prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 1981-ci il təvəllüdlü Zamin Cavadovun Yevlax şəhəri Nizami prospekti ərazisində şəxsi münasibətlər zəmnində Elvin İbrahimovu avtomobillə vurması, daha sonra həmin avtomobillə sonuncunun üzərindən keçməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.