Ölkə

Bu ilin ilk 4 ayında körpələrə ən çox bu adları vermişik

23 May 2024 17:38
Baxış: 1 255
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2024-cü ilin ilk dörd ayında doğulan oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Zeynəb adı verilib.

Milli.Az bildirir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, ilin yanvar, fevral, mart və aprel aylarında ümumilikdə 555 uşağa Uğur, 454 uşağa Zeynəb adı verilib.

Oğlan uşaqlarına qoyulan adlar sırasında ilk onluqda Uğur, Hüseyn, Əli, Yusif, Raul, Ömər, Murad, Məhəmməd, Tunar, Adəm yer alıb.

Qız uşaqlarına ən çox qoyulan 10 ad isə Zeynəb, Zəhra, Məryəm, Aylin, Nilay, Ayla, Melisa, Fatimə, Mələk, İnci olub.

İlk onluqda yer alan adlar və həmin adların qoyulduğu uşaqların sayı aşağıdakı kimidir:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.