Ölkə

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

22 May 2024 22:45
Baxış: 1 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Azərbaycanla sərhəddə yerləşən Kirants kəndi istiqamətində yeni yolun tikintisinə başlayıb.

Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.

O bildirib ki, kəndə getmək üçün iki yol olacaq:

"O yollardan biri demarkasiya prosesi çərçivəsində Azərbaycana təhvil verilən hissənin əvəzinə tikilir. Bu yolun uzunluğu 750 metr olacaq. Yolun tikintisinin iki aya başa çatdırılması planlaşdırılır", - Sanosyan vurğulayıb.

Qeyd edək ki, delimitasiya prosesi çərçivəsində Kirants ərazisinin bir hissəsi Azərbaycanın nəzarətinə keçməlidir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.